Əlixan Musayev:
(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.
Bünyadov-Məmmədəliyev:
(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.
Elmir Quliyev
:
Когда они увели его и бросили на дно колодца, Мы внушили ему: "Ты непременно напомнишь им об этом поступке, когда они даже не узнают тебя".
Ələddin Sultanov:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)
Kerbelayi Malik ağa:
Beləliklə hamısı birlikdə onu quyunun dibinə atmaq üçün apardıqları zaman Biz ona (Yusifə): ‘Onlara bu etdiklərini gözləmədikləri bir halda xəbər verəcəksən.’ vəhy etdik.
Ələsgər Musayev:
Amma elə ki, onu özləri ilə çölə apardılar, cəm oldular
ki, onu quyuya atsınlar. Biz ona vəhy etdik: «Sən xəbər
verəcəksən onlara bu işlərindən və onlar şüursuzdurlar!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onu aparıb quyunun dibinə atmaq qərarına gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar).
Kövsər Tağıyev:
Yusufu aparıb quyunun dibinə atmağa qərar verdikləri zaman biz də ona: “And olsun, (sənin Yusuf olduğunun) fərqində olmadıqları bir vaxtda onların bu işlərini sən onlara xəbər verəcəksən”, – deyə vəhy etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra onlar onu apardılar və onu quyunun dibinə atmaq barəsində razılığa gəldilər. Biz isə ona [Yusufa] vəhy etdik: "Vaxt gələr ki, onların bu əməli barəsində özləri duymadan onlara xəbər verərsən!"
Sabirə Dünyamalıyeva:
Nəhayət, Yusifin qardaşları, Yusifi apardılar və birgə o quyunun dibinə atmaq qərarına gəldilər. Biz də Yusifə vəhy etdik: "And olsun ki, sən onlara gələcəkdə, onlar heç fərqində olmadıqları halda bu işlərini xəbər verəcəksən."