Taha Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.
Bünyadov-Məmmədəliyev:
O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə büruzə verir).
Elmir Quliyev :
Я едва ли не скрываю Час от Самого Себя, но он непременно настанет, чтобы каждому человеку воздали тем, к чему он стремился.
Ələddin Sultanov:
Qiyamət mütləq gələcək! Hər kəs etdiklərinin əvəzini alsın deyə az qalsın onu (Özümdən belə) gizlədirəm.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, o saat (qiyamət saatı) gələcəkdir. Bütün nəfslərə (hər kəsə) çalışmaqlarının qarşılığının (cəza ya mükafatlarının) verilməsi üçün az qala onu Özümdən belə gizlədəcəm.
Ələsgər Musayev:
Həqiqətən, saat gəlir Mən vaxtını məxfi saxladım, vermək üçün cəzasını külli nəfsin, ilə ki, səy edibdir!
A.Mehdiyev və D.Cəfərli:
Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.
Kövsər Tağıyev:
“Qiyamət mütləq gələcək. Hər kəs etdiyi əməllərin qarşılığını görsün deyə az qalmışdı ki, onu gizləyim (gələcəyindən heç xəbər verməyim)”.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən qiyamət günü gələcəkdir. Qiyamət günü hər kəsə öz səyinə görə əvəz verilsin deyə Mən onu [qiyamət gününü] az qala gizli saxlayıram.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, o saat/qiyamət gələcəkdir. Onu Mən hər kəs əməyinin əvəzini alsın deyə az qala gizlədirəm.