Həcc Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim ki, dünyada axirətdə Allahın( Peyğəmbərinə) kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi.
Bünyadov-Məmmədəliyev:
Hər kim Allahın dünyada axirətdə ona (Öz Peyğəmbərinə) kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi? (Əlbəttə, qaldıra bilməz! Allahın öz peyğəmbərinə yardım etməsini istəməyənlər, qəzəblərindən özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona dünyada zəfər, axirətdə isə yüksək məqamlar nəsib edəcəkdir).
Elmir Quliyev :
Кто полагает, что Аллах не окажет ему (Мухаммаду) помощи в этом мире и в Последней жизни, пусть подвяжет веревку к небу (или потолку), а затем перережет ее и посмотрит, устранит ли его хитрость то, что вызывает его ярость.
Ələddin Sultanov:
Hər kim Allahın Öz peyğəmbərinə dünya axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın (Peyğəmbərə gələn vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!
Kerbelayi Malik ağa:
Kim Allahın ona dünyada axirətdə əsla kömək etməyəcəyini güman edirsə, o zaman səmaya bir vasitə uzatsın. Sonra da o vasitəni kəssin. O təqdirdə baxsın, onun hiyləsi qəzəbləndiyi şeyi (başına gələn müsibəti) aradan qaldırarmı?
Ələsgər Musayev:
Kim zənn edirsə ki, Allah ona yardım etməz dünyada axirətdə, qoy səmaya ip uzatsın sonra kəssin onu qoy nəzər salsın ki, aradan apara bilərmi onun bu fəndi qəzəbinə səbəb olanı?
A.Mehdiyev və D.Cəfərli:
(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya axirətdə ona kömək etməyəcəyini güman etsə haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb qeyzini aradan qaldırır?
Kövsər Tağıyev:
Hər kim Allahın ona (Muhammədə) dünyada axirətdə əsla yardım etməyəcəyini zənn edirsə, tavana bir ip çəksin, sonra özünü assın, görsün onun hiyləsi qəzəbləndiyi şeyi aradan qaldıracaqmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Kim elə zənn edirsə ki, Allah bu dünyada axirətdə ona [Məhəmmədə] yardım etməyəcəkdir, qoy səmaya [tavana] bir ip salıb (boynuna keçirsin), sonra (ayağını yerdən) üzsün onda görsün ki, onun bu məkrli tədbiri öz qəzəbinə səbəb olan şeyi [Allahın Məhəmmədə yardımını] yox edə biləcəkmi?
Sabirə Dünyamalıyeva:
Hər kim Allahın, dünyada axirətdə ona kömək etməyəcəyini zənn edirsə, dərhal səmimiyyətlə Bizə yönəlsin, bir də, Allahın altındakılardan, ona ziyan fayda verə bilməyəcək o şeylərlə əlaqəsini kəssin. Sonra da baxıb görsün bu planı, onu qəzəbləndirən şeyi/zehninə yerləşən fikri aradan qaldıracaqmı?