Əlixan Musayev:
Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!”(– deyilmişdi)
Bünyadov-Məmmədəliyev:
Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu: ) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”
Elmir Quliyev
:
В поселении сабейцев было знамение — два сада справа и слева. Вкушайте из удела вашего Господа и благодарите Его. Прекрасная страна и Прощающий Господь!
Ələddin Sultanov:
Səbə qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”
Kerbelayi Malik ağa:
And olsun ki, Səba (xalqı) üçün məskun olduqları yerlərdə, sağda və soldakı iki bağça ayədir (ibrətdir). Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! O, gözəl bir diyardır. O, məğfirət edən bir Rəbbdir.
Ələsgər Musayev:
Əlbəttə, oldu Səba üçün onların məskənlərində ayət. Iki
bağ – sağda və solda. Yeyin ruzilərindən Rəbbinizin və şükr
edin Ona! Pak ölkə və Ğəfur Rəbb!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan».
Kövsər Tağıyev:
And olsun, Səbə xalqı üçün öz yurdlarında bir ibrət var idi: Biri sağda, biri solda iki bağça var idi. Onlara belə deyilmişdi: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Yurdunuz gözəl bir yurd, Rəbbiniz də çox bağışlayan bir Rəbdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səba (əhalisinin) yaşadığı yerdə onlar üçün bir nişanə vardı - sağ və sol tərəfdə iki bağ. (Onlara deyilmişdi): "Öz Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin! Gözəl bir ölkə və bağışlayan Rəbb!”
Sabirə Dünyamalıyeva:
15) And olsun ki, Səba tayfası üçün yurd tutduqları yerdə bir işarət/nişan var idi: Sağdan və soldan iki bağça! -"Rəbbinizin ruzisindən yeyin və Onun üçün nemətlərin əvəzini ödəyin! Nə gözəl bir diyardır və çox bağışlayan bir Rəbbdir!"-