Əlixan Musayev:
Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi.
Bünyadov-Məmmədəliyev:
Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi.
Elmir Quliyev
:
О люди Писания! К вам явился Наш Посланник, который разъясняет вам многое из того, что вы скрываете из Писания, и воздерживается от многого. Явились к вам от Аллаха свет (Мухаммад) и Ясное Писание.
Ələddin Sultanov:
Ey kitab əhli! Sizə Kitabda gizlətdiklərinizin bir çoxunu bildirmək və bir çoxunu da bağışlamaq üzrə elçimiz gəlmişdir. Həqiqətən, Allahdan sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəlmişdir.
Kerbelayi Malik ağa:
Ey kitab əhli! (Kitab sahibləri) Kitabdan çoxunu gizlətmiş olduğunuz və çoxundan vaz keçdiyiniz şeyləri sizə bəyan edən bir Rəsulumuz gəlmişdir. Sizə Allahdan bir nur və açıq-aşkar bir kitab gəlmişdir.
Ələsgər Musayev:
Ay kitab əhli! Əlbəttə, gəldi sizə Bizim rəsulumuz bəyan
edə sızin üçün nədən ki, oldunuz kitabdan məxfi edənlər və
əfv edə əksəriyyətindən. Əlbəttə, gəldi sizə Allahdan nur və
aşkar kitab.
A.Mehdiyev və D.Cəfərli:
Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.
Kövsər Tağıyev:
Ey kitab əhli! Artıq sizə elçimiz (Muhamməd) gəlmişdir. O, kitabınızdan gizlətdiyiniz həqiqətlərdən bir çoxunu sizə açıqlayır, bir çoxunu da əfv edir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir kitab (Qur`an) gəlmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Kitab əhli! Sizin Kitabda gizlətdiyiniz şeylərin bir çoxunu sizə bəyan edən və bir çoxundan yan keçən peyğəmbərimiz artıq sizə gəlmişdir. Həqiqətən sizə Allahdan bir nur və aydın bir Kitab gəlmişdir.
Sabirə Dünyamalıyeva:
Ey Kitab əhli! Həqiqətən, Kitabdan gizlətdiyiniz şeylərin çoxunu meydana çıxaran, çoxundan da imtina edən Bizim elçimiz sizə gəldi.