Əlixan Musayev:
Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”
Bünyadov-Məmmədəliyev:
(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”
Elmir Quliyev
:
Сегодня ни от вас, ни от неверующих не примут выкупа. Вашим пристанищем будет Огонь, который более всего подобает вам. Как же скверно это место прибытия!"
Ələddin Sultanov:
Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Sizin sığınacağınız yer cəhənnəmdir. Sizə layiq olan odur. O nə pis bir dönüş yeridir!”
Kerbelayi Malik ağa:
Artıq o gün sizdən bir fidyə qəbul edilməz və kafirlərdən də. Sizin sığınacağınız atəşdir, sizin mövlanız odur. Nə pis dönüş yeridir.
Ələsgər Musayev:
Bu gün sizdən fidyə
götürülməyəcək və bir də o kəslərdən ki, kafir idilər.
Sığınacağınız sizin – oddur; o sizin sahibinizdir və pis
qayıdışdır!»
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, bu gün nə sizdən və nə də (açıq-aşkar) küfr edənlərdən (nicat tapmağınız üçün bir) fidyə qəbul edilməyəcəkdir. Sizin yeriniz oddur. Sizə ora daha layiqdir və ora pis dönüş yeridir.
Kövsər Tağıyev:
Bu gün artıq nə sizdən, nə də inkar edənlərdən bir fidyə alınar. Sığınacağınız atəşdir. Sizə yaraşan odur. Gediləcək nə pis yerdir ora!
M.Qənioğlu və T.Bilaloğlu:
Bu gün isə nə sizdən, nə də kafirlərdən heç bir fidyə alınmaz. Sizin yeriniz cəhənnəm odudur və siz ona layiqsiniz. Nə pis bir son dönüş yeri!"
Sabirə Dünyamalıyeva:
Bu gün artıq sizdən qurtulmaq üçün fidyə qəbul edilməz, kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] də. Sizin gedəcəyiniz yer oddur. O, sizə yaraşandır. O, necə pis bir qayıdış yeridir! "