Ənfal Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Kafirlərin bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!
Elmir Quliyev :
О те, которые уверовали! Когда вы встретитесь с неверующими на поле битвы, то не поворачивайтесь к ним спиной.
Ələddin Sultanov:
Ey iman gətirənlər! (Döyüşdə) axıb gələn kafir ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (qorxub qaçmayın)!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Kafir olanlarla cəm halda qarşılaşdığınız zaman artıq onlara arxanızı çevirməyin (qaçmayın).
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, siz o kəslərlə ki, kafirdirlər, yürüş halında görüşürsüz, onlara dal çevirib qaçmayın!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, kafirlərlə - onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi (ya siz onlara tərəf getdiyiniz) halda qarşılaşan zaman, onlara arxa çevirməyin (və meydandan qaçmayın).
Kövsər Tağıyev:
Ey iman edənlər! Savaş meydanında kafirlərlə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (savaşdan qaçmayın).
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Kafirlər dəstəsi ilə qarşılaşsanız, onlara arxa çevirib qaçmayın!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Toplaşmış halda kafirlərlə [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd edənlərlə] qarşılaşdığınız zaman, dərhal onlara arxa çevirməyin.