Əraf Surəsi 150. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa qəzəbli kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?” (Musa) lövhələri tulladı qardaşının başından yapışıb özünə tərəf çəkdi. (Qardaşı) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”.
Bünyadov-Məmmədəliyev:
Musa qəzəbli kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”
Elmir Quliyev :
Когда Муса (Моисей) вернулся к своему народу, он разгневался и опечалился. Он сказал: "Скверно то, что вы совершили в мое отсутствие. Неужели вы хотели опередить повеление вашего Господа?" Он бросил скрижали, схватил своего брата за голову и потянул его к себе. Тот сказал: сын моей матери! Воистину, люди сочли меня слабым и готовы были убить меня. Не давай врагам повода злорадствовать и не причисляй меня к несправедливым людям".
Ələddin Sultanov:
Musa qəzəbli kədərli halda qövmünün yanına qayıtdıqda: “Məndən sonra arxamca pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə məni zalım qövmlə bir tutma!”
Kerbelayi Malik ağa:
Musa (ə.s) (Allahu Təalanın hüzurundan) kədərli qəzəbli halda döndüyü zaman (Allahu Təala ona qövmünün sapdığını söyləmişdi: Taha-85) onlara belə dedi: ‘Məndən sonra (mənim yoxluğumda) mənə pis xələf oldunuz (əvəz etdiniz). Rəbbinizin əmrinə tələsdinizmi (gözləmədiniz)?’ lövhələri atdı. Qardaşının başını tutdu. Onu özünə doğru çəkərkən, (Harun ə.s) belə dedi: ‘Ey anamın oğlu! Şübhəsiz ki, (bu) qövm məni zəif (gücsüz) gördü. Az qala məni öldürürdülər. Artıq mənimlə (mənə belə edərək) düşmənlərimin üzünü güldürmə (sevindirmə) məni zalım qövm ilə bərabər tutma.’
Ələsgər Musayev:
Amma elə ki, müraciət etdi Musa qoumuna tərəf qəzəbnən heyfsləndiyi halda, dedi: «Siz məndən sonra çox pis xəlifə idiniz! Ə, Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?» Atdı lövhələri qardaşının başından tutub özünə tərəf çəkdi. Dedi: «Ay anam oğlu! Həqiqətən, bu qoum məni zəif edib az qaldı məni qətlə yetirsin. Sən düşmənləri mənə tənə vuran etdirmə məni zalim qoumla birlikdə qarışdırma!»
A.Mehdiyev və D.Cəfərli:
Musa qəzəbli təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» (Tövratın) lövhələri(ni) atdı qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma məni zalım dəstə ilə bir tutma».
Kövsər Tağıyev:
Musa qövmünə qəzəbli kədərli bir halda döndükdə: “Məndən sonra pis işlər gördünüz! Rəbbinizin əmrini gözləməyib tələsdinizmi?” dedi. (Qəzəbindən) lövhələri attı qardaşının saçından tutdu, onu özünə tərəf çəkməyə başladı. (Qardaşı:) “Ey anam oğlu! Qövm məni gücsüz gördü. Az qaldı ki, məni öldürələr. Sən mənimlə belə rəftar edərək düşmənləri sevindirmə. Məni o zalımlar topluluğu ilə bir tutma”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa qəzəbli təəssüflü halda öz camaatının yanına qayıtdıqda dedi: "Məndən sonra necə pis tutmusunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?" O, lövhələri yerə atdı qardaşının saçından yapışıb onu özünə tərəf dartdı. O isə dedi: "Anam oğlu! Bu camaat məni əldən saldı, az qala məni öldürəcəkdilər. Məni bədnam edib düşmənləri sevindirmə, məni bu zalım adamlarla bir tutma!"
Sabirə Dünyamalıyeva:
Musa, qəzəbli kədərli halda qövmünün yanına qayıtdıqda, "Məndən sonra mənim üçün pis bir xələf/nəsil oldunuz! Rəbbinizin əmrini tezləşdirdinizmi?" dedi. lövhələri atdı qardaşı Harunu özünə çəkərək başından yapışdı. Harun: "Ey anamın oğlu! İnan ki, bu camaat məni aciz qoydu, az qalsın məni öldürəcəkdilər. Buna görə mənə, düşmənləri sevindirəcək bir şey eləmə. məni bu zalımlar dəstəsinə tay tutma" dedi.