Əlixan Musayev:
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
Elmir Quliyev
:
Скажи: "Придите, и я прочту то, что запретил вам ваш Господь". Никого не приобщайте к Нему в сотоварищи и делайте добро родителям. И не убивайте своих детей, опасаясь нищеты, ведь Мы обеспечиваем пропитанием вас вместе с ними. И не приближайтесь к мерзким поступкам, явным или сокрытым. Не убивайте душу, которую Аллах запретил убивать, если только у вас нет на это права. Это заповедал вам Аллах, — быть может, вы уразумеете.
Ələddin Sultanov:
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.
Kerbelayi Malik ağa:
De ki: ‘Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum; Ona bir şeyi ortaq qoşmayın. Ana, ataya ehsanla davranın. Kasıblıq səbəbiylə uşaqlarınızı öldürməyin. Onlara da, sizə də yalnız Biz ruzi veririk. Pis əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Haqlı olmağınız istisna olmaqla kimsəni öldürməyin ki, onu Allah haram etdi. Bunları sizə vəsiyyət (əmr) etdi. Beləcə siz ağıl işlədərsiniz.’
Ələsgər Musayev:
De:«Bunu Allah qadağan buyurmuşdur deyə şəhadət verəcək şahidlərinizi gətirin!». Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə və tabe olma istəklərinə o kəslərin ki, ayətlərimizlə Bizi yalan sayırlar və o kəslər ki, inanmayırlar axirət ilə və onlar Rəblərilə tay tuturlar.
A.Mehdiyev və D.Cəfərli:
De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır.»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Gəlin, Rəbbinizin sizə haram buyurduğu şeyləri oxuyum; Ona heç bir şeyi şərik qoşmayın. Valideynlərlə xoş rəftar edin. Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin. Sizə də, onlara da biz ruzi veririk. (Zina və bu kimi) çirkinliklərə, bunların açığına da, gizlisinə də yaxınlaşmayın. Məşru bir haqq qarşılığı olmadıqca Allahın haram (toxunulmaz) buyurduğu canı öldürməyin. Allah sizə bunu əmr etdi ki, düşünəsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Gəlin Rəbbinizin sizə nəyi haram buyurduğunu oxuyum: "Ona heç nəyi şərik qoşmayın; valideynlərə yaxşılıq (edin); övladlarınızı yoxsulluq ucbatından öldürməyin, sizin də, onların da ruzisini Biz veririk; pis əməllərin aşkarına da, gizlisinə də yaxın durmayın; (öldürülməsini) Allahın qadağan etdiyi adamı haqsız yerə öldürməyin. Bunu O, sizə tövsiyə etdi ki, bəlkə ağıllanasınız.
Sabirə Dünyamalıyeva:
De ki: "Gəlin, Rəbbinizin sizə nələri qadağan etdiyini, toxunulmaz etdiyini oxuyum: 'Özünə heç bir şeyi şərik qoşmayın, ana-ataya yaxşılıq edin, [onlarla] gözəl rəftar edin, kasıblıq qorxusuyla/kasıb düşmək qorxusuyla uşaqlarınızı öldürməyin, -Sizin və onların ruzisini Biz veririk- pisliklərin açığına və gizlisinə yaxınlaşmayın, haqsız yerə, Allahın haram etdiyi nəfsi öldürməyin, -Bax bunlar, ağılınızı işlədəsiniz deyə, Onun sizə qoyduğu öhdəliklərdir.-