Yunus Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”
Bünyadov-Məmmədəliyev:
De: “Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım Allah da onu sizə bildirməzdi. Mən ondan (Quran nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Quranın mənim sözlərim deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?”
Elmir Quliyev :
Скажи: "Если бы Аллах пожелал, то я не стал бы читать его вам, и Он не стал бы обучать вас ему. Прежде я прожил с вами целую жизнь. Неужели вы не разумеете?"
Ələddin Sultanov:
De: “Əgər Allah diləsəydi, onu sizə oxumazdım (Allah) onu sizə bildirməzdi. Mən (Quran nazil edilməzdən) əvvəl sizin aranızda ömür sürmüşəm. Yenə dərk etmirsinizmi?”
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər Allah diləsəydi, Onu sizə oxumazdım Onu sizə bildirməzdim. Halbuki Ondan əvvəl sizinlə birlikdə bir ömür yaşadım. Hələ ağıl işlətmirsinizmi?’
Ələsgər Musayev:
De: «Əgər Allah istəsəydi, mən onu sizə tilavat etməzdim O sizi onun ilə agah etməzdi. Fəqət bundan qabaq bir ömür sizinlə sərf etmişəm. Ə, məgər əql etməzsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım O da sizi ondan xəbərdar etməzdi. Çünki şübhəsiz, mən on(un nazil olmasın)dan qabaq sizin aranızda (qırx illik) bir ömür keçirmişəm (dərs oxumayıb yazı yazmamışam heç bir iddiam da olmayıb, birdən-birə bu kitab dilimdə səslənmişdir), belə isə, heç düşünmürsünüz?
Kövsər Tağıyev:
De ki: “Əgər Allah istəsəydi, mən sizə onu oxumazdım, Allah da sizə onu bildirməzdi. Mən sizin aranızda bundan (Qur`an olmazdan) əvvəl (qırx illik) bir ömür yaşadım. Heç düşünmürsünüzmü?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım O, onu sizə bildirməzdi. Mən ki bundan əvvəl içərinizdə bir ömür sürmüşəm. Məgər ağıla gəlməzsiniz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Allah istəsəydi, mən Quranı sizə oxumazdım Allah, Quranı sizə bildirməmiş olardı. Mən Qurandan əvvəl həqiqətən içinizdə bir ömür yaşamışdım. Məgər dərk etmirsiniz?"