Rəd Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Göylərin yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə bir fayda, bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Göylərin yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə bir xeyir, bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mömin) ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)”
Elmir Quliyev :
Скажи: "Кто Господь небес и земли?" Скажи: "Аллах". Скажи: "Неужели вы взяли себе вместо Него покровителей и помощников, которые не властны принести пользу и вред даже самим себе?" Скажи: "Разве равны слепой и зрячий? Или же равны мраки и свет?" Или же они нашли сотоварищей Аллаха, которые творят так, как творит Аллах, и эти творения кажутся им схожими? Скажи: "Аллах Творец всякой вещи. Он Единственный, Всемогущий".
Ələddin Sultanov:
De: “Göylərin yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə bir xeyir, bir zərər verə bilənləri (bütləri) dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”.
Kerbelayi Malik ağa:
‘Səmaların yer üzünün Rəbbi kimdir?’ de. ‘Allahdır’ de. Siz Ondan başqa özlərinə belə fayda zərəri olmayan dostlarmı qəbul etdiniz? ‘Görən görməyən bir olarmı? ya qaranlıqlar ilə nur bir olarmı?’ de. Yoxsa onlar Onun yaratdığı kimi yaradan ortaqlar qərar verdilər beləcə bu yaratma onlara bənzərmi göründü? De ki: ‘Allah hər şeyin yaradıcısıdır.’ O, tək Qəhhar (qəhr edən), hər şeyə gücü çatan, ən qüvvətli olandır.
Ələsgər Musayev:
De: «Kimdir səmaların ərzin Rəbbi?» De: «Allahdır!» De: «Ə, Ondan başqa özünüz üçün dost götürürsünüz ki, onlar özlərinə mənfəət zərər sahibi deyillər?» De:«Bərabərdirmi kor görən? Yoxsa bərabərdirmi zülmət nur? Yoxsa etdilər Allah üçün şəriklər,onlar da xəlq etdilər O xəlq edən məxluqatın oxşarını?» De: «Allahdır külli şeyin xaliqi O Vahiddir, Qahirdir!»
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklərə) de: «Göylərin yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur onlar inadkarlıq üzündən susurlar. onların etiqadlarını inkar etmək bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə şərikləri ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib mütləq hakim!
Kövsər Tağıyev:
De ki: “Göylərin yerin Rəbbi kimdir?” “Allahdır”, de. De ki: “Onu buraxıb özlərinə (belə) bir faydası zərəri olmayan dostlar (ilahlar) tutdunuz?” De ki: “Kor ilə görən bir olarmı? Ya da qaranlıqlarla aydınlıq bir olarmı? Yoxsa Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapıblar bu yaratma ilə Allahın yaratması onlara görə bir-birinəmi bənzəyib?” De ki: “Hər şeyin yaradıcısı Allahdır. O, birdir, mütləq hakimiyyət sahibidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Göylərin yerin Rəbbi kimdir?" De: "Allah!" De: "Onda necə ola bilər ki, siz Onu qoyub özlərinə belə xeyir ziyanları olmayan başqalarını özünüzə himayəçi götürürsünüz?" De: "Məgər korla görən eynidir? Yaxud zülmətlərlə işıq təndir? Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklərini tapdılar da bu yaradış da onlara bir-birinə bənzər göründü? De: “Hər şeyi xəlq edən Allahdır. O, vahiddir, qüdrətlidir".
Sabirə Dünyamalıyeva:
De ki: "Göylərin yerin Rəbbi kimdir?" De ki: "Allahdır." De ki: "Allahın altındakılardan, özlərinə xeyir verməyə zərər verməyə gücü çatmayanları köməkçi, yol göstərən, himayəçi yaxınlar olaraqmı qəbul edirsiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi? Yaxud da qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allaha, Onun kimi yaradan şəriklər tapıblar bu yaradılış onların nəzərində bir-birinə bənzər görünüb? De ki: "Allah, hər şeyi əmələ gətirəndir. O birdir, hər şeydən üstündür qəhr edəndir."