Kəhf Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Madam ki, siz onları Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin işinizdə sizin üçün fayda hazırlasın.
Bünyadov-Məmmədəliyev:
(Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: ) “Onları Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)”.
Elmir Quliyev :
Если вы удалились от них и от того, чему они поклоняются помимо Аллаха, то укройтесь в пещере, и ваш Господь распространит на вас Свою милость и сделает ваше дело легким".
Ələddin Sultanov:
(Həmin gənclərdən biri belə dedi:) “Madam ki, onlardan Allahı qoyub ibadət etdiklərindən uzaqlaşmısınız, onda dərhal mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən bəxş etsin bu işinizdə ehtiyacınız olan şeyləri sizin üçün hazırlasın”.
Kerbelayi Malik ağa:
Siz Allahdan başqasına qul olmayaraq onlardan ayrıldığınız zaman artıq bir mağaraya sığının! Rəbbiniz sizə rəhmətini göndərsin. Sizə rəfiq olaraq işlərinizi asanlaşdırsın.
Ələsgər Musayev:
Onda ki, siz kənar oldunuz onlardan Allahdan başqa ibadət etdiklərindən, mağaraya tərəf gedin orada gizlənin. Rəbbiniz Öz rəhmətindən sizin üçün genişlik edər sizə işlərinizdə müdafiə hazırlar.
A.Mehdiyev və D.Cəfərli:
(bir-birlərinə dedilər): «İndi ki, onlardan onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin işinizdə sizin üçün asanlıq əmin-amanlıq hazırlığı görsün.»
Kövsər Tağıyev:
(Aralarından biri belə dedi:) “Madam ki, onlardan Allahdan qeyri ibadət etdikləri şeylərdən üz döndərib ayrıldınız, onda mağaraya çəkilin ki, Rəbbiniz sizin üçün rəhmətini yaysın işinizdə sizin üçün faydalı şeylər hazırlasın”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Cavanlardan biri o birilərinə dedi): "Bir halda ki, siz onlardan onların Allahdan savayı ibadət etdikləri (tanrılardan) uzaqlaşdınız, onda mağarada gizlənib qalın. Rəbbiniz sizə Öz mərhəmətini geniş edər işlərinizdə sizə kömək edər."
Sabirə Dünyamalıyeva:
Madam ki, siz, onlardan Allahdan başqa sitayiş etdikləri şeyləri tərk etdiniz, o halda o böyük mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətindən bəxş etsin işinizi sizə rast gətirib [sizin üçün] faydalı olanı hazırlasın.