Səba Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Amma onlar üz döndərdilər, Biz üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik.
Bünyadov-Məmmədəliyev:
Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz üstlərinə Ərim (bəndinin) selini göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları bir az da sidr ağacı olan iki bağçaya çevirdik.
Elmir Quliyev :
Но они отвернулись, и Мы наслали на них поток, прорвавший плотину, и заменили их два сада двумя садами с горькими плодами, тамариском и несколькими лотосами.
Ələddin Sultanov:
Ancaq onlar haqdan üz döndərdilər. Biz onların üstünə Ərim selini göndərdik. Beləcə, onların bağlarını acı meyvəli bir az da sidr ağacı bitən bağlara çevirdik.
Kerbelayi Malik ağa:
Lakin onlar üz çevirdilər. Bunun üzərinə onlara ‘Arim’ selini göndərdik. Onların iki bağçasını acı meyvəli ağaclara, meyvəsiz ağaclara az miqdarda sidr ağacı olan iki bağçaya döndərdik.
Ələsgər Musayev:
Ancaq onlar üz döndərdilər Biz göndərdik üzərinə onların Ərim selini dəyişdik onların bağlarını iki bağçaya, hansı ki, meyvələri acı bədməzə şorzar azca sidr ağacları idi.
A.Mehdiyev və D.Cəfərli:
(Lakin onlar Allahdan Onun dinindən) üz döndərdilər Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların (müxtəlif meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları bir qədər sidr ağacı olan iki bağa döndərdik.
Kövsər Tağıyev:
Lakin onlar üz çevirdilər. Biz onların üzərinə Ərim selini göndərdik. Onların bağçalarını turş meyvəli, acı yulğun sidr ağacı olan iki bağçaya çevirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə üz döndərdilər Biz onlann üzərinə Ərim [Mərib] bəndi selini göndərdik. Bağlarını acı meyvəli, yulğunlu bir az sidr ağacı olan iki bağla əvəz etdik.
Sabirə Dünyamalıyeva:
16) Fəqət onlar üz döndərdilər; nemətlərin əvəzini ödəmədilər. Biz onların üstünə su anbarlarının suyunu axıtdıq iki bağçalarını onlar üçün acı meyvəli, yulğun bir az da "sidr ağacı" olan iki bağçaya çevirdik.