Fussilət Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək edilməz.
Bünyadov-Məmmədəliyev:
Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək olunmayacaqdır.
Elmir Quliyev :
Мы наслали на них морозный (или завывающий) ветер в злополучные дни, чтобы дать им вкусить муки позора в мирской жизни. А мучения в Последней жизни будут еще более позорными, и им не будет оказана помощь.
Ələddin Sultanov:
Buna görə onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir. Onlara heç bir köməklik göstərilməz.
Kerbelayi Malik ağa:
Bunun üzərinə dünya həyatında zillət əzabını onlara daddırmağımız üçün uğursuz günlərdə onların üzərinə şiddətli səslə gələn soyuq bir fırtına göndərdik. Axirət əzabı mütləq daha çox rəzil edicidir. Onlara yardım edilməz.
Ələsgər Musayev:
Göndərdik üzərinə onların küləyi sərasər nəhs gündə, daddırmağımız üçün rüsvay edici əzabı dünya həyatında. Axirət əzabı daha rüsvay edicidir onlara yardım olunmayacaqdır!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır (həmin gün) onlara əsla kömək edilməyəcəkdir.
Kövsər Tağıyev:
Biz onlara dünya həyatında zillət əzabını daddırmaq üçün o bədbəxt qara günlərdə üstlərinə dondurucu bir külək göndərdik. Axirət əzabı, əlbəttə, daha rüsvayedicidir. Onlara kömək edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz nəhs günlərdə onların üzərinə güclü külək göndərdik ki, bu dünya həyatında onlara rüsvayçılıq əzabını daddıraq. Axirətin əzabı isə daha rüsvayedicidir onlara yardım da olunmaz.
Sabirə Dünyamalıyeva:
Buna görə Biz onlara bu ən bəsit dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o nəhs günlərdə dondurucu bir qasırğa göndərdik. Axirət əzabı isə əlbəttə daha rüsvayedicidir. Onlara kömək edilməz.