Məhəmməd Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların arasında səni dinləyənlər var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər: “O, bayaq deyirdi?” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri nəfslərinə tabe olmuşlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): “(Muhəmməd) bu saat dedi?!” deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu öz nəfslərinə uymuş kimsələrdir!
Elmir Quliyev :
Среди них есть такие, которые слушают тебя. Когда они вышли от тебя, то сказали тем, которым было даровано знание: "Что он сказал только что?" Это те, сердца которых Аллах запечатал и которые потакают своим желаниям.
Ələddin Sultanov:
Onların arasında səni dinləyənlər var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Mühəmməd) bir az əvvəl deyirdi?” - deyə soruşurlar. Onlar Allahın qəlblərinə möhür vurduğu öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər Həzrət Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə onların bu davranışlarına işarə edir.)
Kerbelayi Malik ağa:
Səni dinləyənlərdən bir qismi sənin yanından çıxdıqları zaman özlərinə elm verilmiş kimsələrə: ‘Bir az əvvəl (O), dedi?’ dedilər. Məhz onlar Allahın qəlblərini möhürlədiyi kəslərdir onlar nəfslərinin istəklərinə tabe olanlardır.
Ələsgər Musayev:
Onlardan var kim ki, eşidirlər səni. Ta onda ki, xaric olurlar sənin yanından, elm verilmiş kəslərə deyirlər: «Nə dedi bundan qabaq o?» Həmin onlar o kəslərdir ki, qəlblərinin üzərinə möhür vurub Allah tabe olublar öz havayı istəklərinə.
A.Mehdiyev və D.Cəfərli:
Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu nəfsi istəklərinə tabe olan kəslərdir.
Kövsər Tağıyev:
Onlardan səni dinləyənlər var. Lakin sənin yanından ayrıldıqları zaman (istehza edərək) özlərinə elm verilənlərə: “Az əvvəl dedi?” deyərlər. Bax bunlar qəlblərini Allahın möhürlədiyi nəfslərinin arzularına uyan kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan eləsi var ki, sənə qulaq asar, sənin yanından çıxan kimi isə özlərinə bilik verilmiş kəslərə deyərlər: “O, bir az əvvəl deyirdi?" Bunlar o kəslərdir ki, Allah onların ürəklərini möhürləmiş onlar öz həva-həvəslərinə uymuşlar.
Sabirə Dünyamalıyeva:
Onlardan sənə qulaq asanlar da var. Belə ki, onlar sənin yanından çıxıb getdikləri zaman, elm verilmiş kəslərə: "O, bayaq dedi?" deyirlər. Bax onlar, Allahın qəlblərinə möhür vurduğu öz boş, müvəqqəti arzularına tabe olan kəslərdir.