Təğabun Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.
Bünyadov-Məmmədəliyev:
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyüd-nəsihətə) qulaq asın; (Allaha Peyğəmbərinə) itaət edin (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
Elmir Quliyev :
Бойтесь Аллаха по мере своих возможностей, слушайте, повинуйтесь и расходуйте во благо самим себе. А те, кто уберегся от собственной скупости, являются преуспевшими.
Ələddin Sultanov:
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
Kerbelayi Malik ağa:
Artıq Allah üçün gücünüzün çatdığı qədər (ən üst səviyyədə) təqva sahibi olun. Dinləyin itaət edin! Özünüz üçün xeyir olaraq infaq edin. Kim nəfsinin xəsisliyindən özünü qorusa (çəkindirsə), o təqdirdə onlar fəlaha (qurtuluşa) çatanlardır.
Ələsgər Musayev:
Qorxun Allahdan ki, bacarırsınız. Eşidin itaət edin infaq edin öz nəfsinizin xeyri üçün. Kim öz nəfsini huşsuzluqdan saxlayarsa həmin onlar nicat tapanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini əmrlərini) eşidin, itaət edin (can mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!
Kövsər Tağıyev:
O halda bacardığınız qədər Allaha qarşı gəlməkdən çəkinin. Dinləyin, itaət edin, öz yaxşılığınız üçün xərcləyin. Kim nəfsinin xəsisliyindən qorunsa, onlar məhz nicat tapanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Belə isə bacardığınız qədər Allahdan qorxun, qulaq asın, itaət göstərin (malınızı) öz xeyiriniz üçün (Allah yolunda) xərcləyin. Bu, sizin üçün daha xeyirlidir. Kim nəfsinin xəsisliyindən, tamahından qorunmuşdur, onlar uğura qovuşanlardır.
Sabirə Dünyamalıyeva:
Buna görə də, bacardığınız qədər Allahın mühafizəsi altına daxil olun, eşidin itaət edin. mallarınızdan, Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin ki, bu [belə etmək] sizin üçün daha xeyirlidir. Kim nəfsinin tamahkarlığından özünü qorusa, bax məhz onlar, müvəffəqiyyətə qovuşanlardır.