Nisa Surəsi 160. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yəhudilərin etdikləri zülmə görə, onlara (daha öncə) halal edilmiş gözəl nemətləri haram etdik. (Həm də) bir çoxlarını (eləcə özlərini) Allah yolundan döndərdiklərinə,
Bünyadov-Məmmədəliyev:
Yəhudilər zülm etdiklərinə bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz, halal) nemətləri onlara haram etdik.
Elmir Quliyev :
За то, что иудеи поступали несправедливо и многих сбивали (или часто сбивали людей) с пути Аллаха, Мы запретили им блага, которые были дозволены им.
Ələddin Sultanov:
Yəhudilər zülm etdiklərinə bir çox kimsəni Allahın yolundan döndərdiklərinə görə (daha əvvəl) özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik.
Kerbelayi Malik ağa:
Artıq yəhudilərin etdikləri zülmlərə görə bir çox kimsəni Allahın yolundan sapdırmaları səbəbiylə, onlar üçün halal qılınmış təmiz gözəl şeyləri onlara haram etdik.
Ələsgər Musayev:
Etdikləri zülmlərə görə o kəslər ki, hidayət olunublar, onlar üçün halal olan pak nemətləri haram etdik sədd çəkdiklərinə görə çoxlarına Allah yolundan.
A.Mehdiyev və D.Cəfərli:
Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü əti, balıq ovu heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.
Kövsər Tağıyev:
insanların mallarını haqsız yerə yemələri səbəbi ilə daha əvvəl onlara halal buyurulmuş təmiz gözəl şeyləri onlara haram buyurduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Törətdikləri zülmə haqsızlığa görə Biz yəhudilərə əvvəllər özlərinə halal edilmiş gözəl nemətləri haram buyurduq. Bu, həmçinin bir çox insanları Allah yolundan çıxartdıqlarına,
Sabirə Dünyamalıyeva:
Sonra da Yəhudiləşən kəslərin haqsız davranışları, onların bir çox kəsləri Allah yolundan döndərmələri, qadağan edildiyi halda riba almaları [əməksiz, xidmət etmədən, risksiz qazanc təmin etmələri] haqsız yerə insanların mallarını yemələri səbəbindən, onlara halal edilmiş təmiz şeyləri haram etdik.