Əlixan Musayev:
qadağan olunmasına bax-mayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə (belə etdik). Biz onlardan olan kafirlər üçün üzücü bir əzab hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!
Elmir Quliyev
:
А также за то, что они брали лихву, хотя она была запрещена им, и незаконно пожирали имущество людей. Для неверующих из них Мы приготовили мучительные страдания.
Ələddin Sultanov:
Həmçinin (bunu,) onlara qadağan olunduğu halda faiz aldıqları və haqsızlıqla insanların malını yedikləri üçün etdik. Onlardan kafir olanlar üçün acı bir əzab hazırlamışıq.
Kerbelayi Malik ağa:
(Bu) ondan (sələmdən) qadağan olunduqları halda sələm (faiz) almaları və insanların mallarını haqsızlıqla yemələri səbəbiylədir. Onlardan kafir olanlar üçün ‘əlim əzab’ hazırladıq.
Ələsgər Musayev:
Riba
aldıqlarına görə - bir halda ki, ondan qadağan olunmuşdular və
insanların mallarını batillə yedikləri üçün onların kafirlərinə
ələmli əzab hazır etmişik!
A.Mehdiyev və D.Cəfərli:
Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq.
Kövsər Tağıyev:
Yəhudilərin etdikləri zülm və bir çoxlarını Allahın yolundan döndərmələri, onlara qadağan olunduğu halda faiz almaları Aralarından inkar edənlərə də ağrılı-acılı bir əzab hazırladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
qadağan olunmasına baxmayaraq sələm aldıqlarına və haqsız yerə insanların malını yediklərinə görə oldu. Biz onların arasındakı kafirlər üçün isə üzücü bir əzab hazırlamışıq.
Sabirə Dünyamalıyeva:
Və Yəhudiləşənlərdən [olan] kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün can yandıran bir əzab hazırladıq.