Əlixan Musayev:
Onlardan haqsızlıq edən-lər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Etdikləri haqsızlığa görə Biz onlara göydən əzab göndərdik.
Bünyadov-Məmmədəliyev:
Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.
Elmir Quliyev
:
Несправедливые из них заменили сказанное им слово другим, и Мы ниспослали на них наказание с небес за то, что они поступали несправедливо.
Ələddin Sultanov:
Ancaq onlardan zalım olanlar, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Zülm etdiklərinə görə Biz də onlara göydən bir əzab göndərdik. (Rəvayətə görə, bu əzab vəba xəstəliyi idi və bu xəstəlik qısa müddət ərzində kütləvi ölümlərə səbəb olmuşdu.)
Kerbelayi Malik ağa:
Beləcə onlardan zülm edənlər sözü, onlara deyiləndən başqa bir sözlə dəyişdirdilər. Bunun üzərinə etmiş olduqları zülmlər səbəbiylə, səmadan onların üzərinə bir əzab göndərdik.
Ələsgər Musayev:
Onlardan o kəslər ki, zalim idilər, onlara deyilmiş sözü qeyri danışıqla dəyişdirdilər. Zülm etdiklərinə görə Biz səmadan onların üzərinə cəza göndərdik.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onlardan zülm etmiş kəslər (həmin sözü) onlara deyiləndən başqa sözə dəyişdilər (tövbə yerinə buğda istədilər). Belə olduqda, zülm etmələrinin cəzası olaraq göydən onlara əzab göndərdik. (Bəqərə surəsinin 59-cu ayəsinə müraciət edin).
Kövsər Tağıyev:
Onlardan zülm edənlər dərhal sözü özlərinə deyiləndən başqa şəklə saldılar. Biz də zülm etmələrinin əvəzi olaraq üstlərinə göydən bir əzab göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan haqsızlıq edənlər özlərinə deyilmiş sözü başqası ilə əvəz etdilər. Biz də o zalımlara etdikləri zülmə görə göydən bir cəza göndərdik.
Sabirə Dünyamalıyeva:
Sonra onların arasından bir dəstə yanlış; öz ziyanına iş görən kəslər, onlara deyilən sözü, başqa bir sözlə dəyişdirdilər. Biz də yanlış; öz ziyanına iş gördükləri üçün onların üstünə göydən bir cəza göndərdik.