Nisa Surəsi 164. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç )söyləmədik. Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.
Bünyadov-Məmmədəliyev:
(Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.
Elmir Quliyev :
Мы отправили посланников, о которых Мы уже рассказали тебе прежде, и посланников, о которых Мы тебе не рассказывали. А с Мусой (Моисеем) Аллах вел беседу.
Ələddin Sultanov:
Daha əvvəl sənə haqlarında danışdığımız peyğəmbərlərə də, danışmadığımız peyğəmbərlərə (vəhy etdik). Allah Musa ilə sözlə danışdı.
Kerbelayi Malik ağa:
Daha öncə sənə anlatdığımız (bəhs etdiyimiz) rəsullara sənə bəhs etmədiyimiz rəsullara da (vəhy etdik). Allah Hz. Musa ilə kəlmələrlə (xitab edərək) danışdı.
Ələsgər Musayev:
o rəsullara ki, hekayət etməmişik sənə bundan qabaq o rəsullara ki, onların haqqında sənə hekayət etməmişik! kəlmə kəsdi Allah Musa ilə kəlməynən!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
Kövsər Tağıyev:
Daha əvvəl qissələrini sənə danışdığımız peyğəmbərlər göndərdik. Danışmadığımız (neçə-neçə) peyğəmbərlər göndərdik. Allah Musa ilə birbaşa danışdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz əvvəllər haqqında sənə danışdığımız peyğəmbərləri haqqında sənə danışmadığımız peyğəmbərləri göndərdik. Allah Musa ilə kəlmə kəsərək [birbaşa] danışdı.
Sabirə Dünyamalıyeva:
Allah, Musaya çox söz söylədi/onu çox yaraladı, ona çox çətinlik çəkdirdi.