Əlixan Musayev:
dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
Bünyadov-Məmmədəliyev:
Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”
Elmir Quliyev
:
и сказали: "О отец наш! Мы соревновались, а Йусуфа (Иосифа) оставили стеречь наши вещи, и волк съел его. Ты все равно не поверишь нам, хотя мы говорим правду".
Ələddin Sultanov:
Onlar dedilər: “Ay ata! Biz bir-birimizlə yarışmaq üçün (uzağa) getmişdik. Yusifi də əşyalarımızın yanında qoymuşduq. Bir də gördük ki, qurd onu yeyib. Biz doğru söyləsək də, sən bizə inanmayacaqsan”.
Kerbelayi Malik ağa:
‘Ey atamız! Biz yarışmaq üçün getdik və Yusifi əşyalarımızın yanına qoyduq. O zaman onu qurd yedi. Biz doğru söyləsək belə sən bizə inanmayacaqsan.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay atamız, biz çöldə Yusifi öz paltarlarımızın
yanında tərk edib və bir-birimizlə ötüşərkən onu qurd yedi.
Sən bizə inanmazsan, nə qədər doğru danışan olaq».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey ata, biz getdik, başımız bir-birimizlə yarışmağa qarışdı. Yusufu da əşyalarımızın yanında qoyduq. Beləliklə, canavar onu yedi. Sən heç vaxt, hətta doğruçu olsaq belə bizə inanan deyilsən».
Kövsər Tağıyev:
“Ey atamız! Biz yarışmağa getmişdik. Yusufu da əşyalarımızın yanında qoymuşduq. (Bir də gördük ki,) onu qurd yeyib. Hər nə qədər biz doğru danışsaq da sən bizə inanmazsan”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
və dedilər: "Ey atamız, Yusufu şeylərimizin yanında qoyub biz ötüşməyə getdik. Onu canavar yedi. Ancaq biz düzünü desək də, sən bizə inanan deyilsən".
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Ey ata! Şübhəsiz ki, biz yarışa-yarışa getdik. Yusifi da əşyalarımızın yanında qoymuşduq. Bir də baxdıq ki, onu qurd yeyib. Və biz doğru kəslər olsaq da, sən bizə inanmayacaqsan."