Nəml Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Süleymanın cinlərdən, insanlardan quşlardan ibarət qoşunu toplanıldı. Onlar (müntəzəm )(şəkildə) yerbəyer edildilər.
Bünyadov-Məmmədəliyev:
(Bir gün) Süleymanın cinlərdən, insanlardan quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
Elmir Quliyev :
И собраны были к Сулейману (Соломону) его воины из числа джиннов, людей и птиц. Они были разделены на боевые порядки.
Ələddin Sultanov:
Süleymanın cinlərdən, insanlardan quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
Kerbelayi Malik ağa:
Süleyman (ə.s) üçün cinlərdən, insanlardan quşlardan ordular toplandı. Sonra da onlar (intizamlı bir şəkildə) yerbəyer edildilər.
Ələsgər Musayev:
Toplandı Süleyman üçün cinlərdən insanlardan quşlardan olan qoşunu onlar cərgə ilə düzüldülər.
A.Mehdiyev və D.Cəfərli:
Süleymanın cin, insan quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.
Kövsər Tağıyev:
Süleymanın cinlərdən, insanlardan quşlardan ibarət orduları onun önündə toplandı. Onlar birlikdə nizam-intizamla idarə olunurdular.
M.Qənioğlu və T.Bilaloğlu:
Süleymanın ayrı-ayrı dəstələrə bölünmüş halda olan, cin, insan quşlardan ibarət qoşunu toplanıldı.
Sabirə Dünyamalıyeva:
yerlilərdən əcnəbilərdən quşlardan ibarət orduları Süleyman üçün bir yerə yığıldı. -Sonra onlar müntəzəm şəkildə yollanacaqlar.-