Əlixan Musayev:
Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir!
Elmir Quliyev
:
Сегодня каждая душа получит только то, что она приобрела, и не будет сегодня несправедливости. Воистину, Аллах скор в расчете!
Ələddin Sultanov:
Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün heç bir haqsızlıq olmayacaqdır. Şübhəsiz ki, Allah sürətlə haqq-hesab çəkəndir.
Kerbelayi Malik ağa:
Bu gün bütün nəfslər (hər kəs) qazandıqları səbəbiylə cəzalandırılar və ya mükafatlandırılar. Bu gün zülm yoxdur. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
Ələsgər Musayev:
O gün külli nəfs nə ki, kəsb edib, onun mükafatını alacaq
– o gün zülm olunmayacaq. Həqiqətən, Allah sürətlidir hesaba!
A.Mehdiyev və D.Cəfərli:
Bu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün (heç kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir).
Kövsər Tağıyev:
Bu gün hər kəsə qazandığının qarşılığı verilər. Bu gün əsla zülm yoxdur. Şübhəsiz, Allah tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həmin gün hər kəsə öz qazandığına örə əvəz veriləcəkdir, həmin gün haqsızlıq dilməz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir!
Sabirə Dünyamalıyeva:
Bu gün hər kəs qazandığının əvəzini alacaq. Bu gün haqsızlıq deyə bir şey yoxdur. Şübhəsiz ki, Allah çox tez haqq-hesab görəndir.