Əlixan Musayev:
Onlardan birinə, Mərhəmətli (Allaha) aid etdikləri (qız uşağı) ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar.
Bünyadov-Məmmədəliyev:
Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.
Elmir Quliyev
:
Когда кому-либо из них сообщают весть о рождении той, которую они приписывают Милостивому, его лицо чернеет, и он сдерживает свой гнев.
Ələddin Sultanov:
Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri (qız uşağı dünyaya gəlməsi) ilə müjdə verilərsə, qəzəblənmiş bir halda üzü qapqara olar.
Kerbelayi Malik ağa:
Onlardan biri Rəhmana isnad etdikləri (qız uşağı) ilə müjdələndiyi zaman hiddətlənərək üzü qapqara qaralar.
Ələsgər Musayev:
Onda ki, bəşarət verirlər birinə onların nə ilə ki,
zərbə vururlar Rəhman üçün məsəli, zəlil olaraq üzləri qaralır
və o, acığını gizlədir.
A.Mehdiyev və D.Cəfərli:
Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
Kövsər Tağıyev:
Onlardan biri Rəhmana misal çəkdiyi (isnad etdiyi qız övladı) ilə müjdələndiyi zaman qəzəbindən üzü qapqara olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlardan birinə mərhəmətli (Allaha) aid edilən (qız uşağının) müjdəsi verilərsə, onun üzü hirsindən qapqara qaralar.
Sabirə Dünyamalıyeva:
Onlardan birinə, Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] yaraşdırdığı şeylə/qız ilə müjdə verildiyi zaman üzü qapqara qaralar. Və o, udquna-udquna qalar.