Əlixan Musayev:
(Kimisi də) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.
Bünyadov-Məmmədəliyev:
(Özünü Allaha, axirət gününə iman gətirməyə dəvət edən) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı vəd edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın vədi haqdır!” – deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər.
Elmir Quliyev
:
А есть такой, который говорит своим родителям: "Тьфу вам! Неужели вы угрожаете мне тем, что меня вытащат из могилы, в то время как до меня уже прошло много поколений?" Они просят Аллаха о помощи: "Горе тебе! Уверуй, ведь обещание Аллаха истинно!" Он же говорит: "Это — всего лишь легенды древних народов".
Ələddin Sultanov:
Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz (yenidən dirildilib qəbirdən) çıxardılacağımla məni təhdid edirsiniz?” – deyənə onlar: “Vay sənin halına! İman gətir! Həqiqətən, Allahın vədi haqdır”, - deyərək Allahdan yardım istəyərlər. Ancaq o: “Bu yalnız əvvəlkilərin əfsanələridir”, - deyər.
Kerbelayi Malik ağa:
O, ana və atasına: ‘İkinizə də off (ikinizdən də bezdim), daha əvvəl (neçə-neçə) nəsillər gəlib getdiyi halda, mənim torpaqdan dirildilərək çıxarılacağımımı vəd edirsiniz?’ dedi. Onlar (ana və atası) Allahdan yardım istəyərək: ‘Vay halına, iman et. Şübhəsiz ki, Allahın vədi haqdır.’ (dedilər). Bunun üzərinə o, belə dedi: ‘Bu, əvvəlkilərin nağıllarından başqa bir şey deyil.’
Ələsgər Musayev:
Və o kəs ki, dedi
öz valideynlərinə: «Uf sizə! Ə, mənə vəd verirsiniz ki, mən
xaric olacağam? Əlbəttə, məndən qabaq nə qədər qərinələr
getdilər!» Onlar Allahdan kömək istəyirlər: «Vay olsun sənə!
Inan, həqiqətən, Allahın vədi haqdır!» Və deyir: «Bu, ancaq
əvvəlkilərin əsatiridir!»
A.Mehdiyev və D.Cəfərli:
Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır.» Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir.»
Kövsər Tağıyev:
Ata-anasına: “Of sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib keçdiyi halda məni yenidən dirildilməklə təhdid edirsiniz?” deyən kimsəyə onlar Allaha sığınaraq: “Vay halına! İman et, Allahın vədi haqdır”, – deyirlər, o da: “Bu, əvvəlkilərin nağıllarından başqa bir şey deyil”, – deyirdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Eləsi də vardır ki, öz valideyninə deyəc "Tfu sizə! Doğrudanmı, siz mənim (qəbrdən) çıxarılacağımı vəd edirsiniz? Məndən əvvəl neçə-neçə nəsillər gəlib-gedib." Onlar [valideynlər] isə Allahdan kömək istərlər: "Vay sənin halına! İnan, axı Allahın vədi haqdır!" O deyər: "Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir."
Sabirə Dünyamalıyeva:
Və anasına-atasına: "Of, of! Siz məni, məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçmiş olduğu halda çıxarılmaqla/öldükdən sonra dirilməklə təhdid edirsiniz?" deyən kəs... Və anası-atası, Allaha yalvararaq: "Vay sənin halına! Gəl iman et, şübhəsiz ki, Allahın vədi həqiqətdir" deyər. Sonra da o: "Bu Quran, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil" deyər.