Hucurat Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, (bilin ki,) əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir!”
Bünyadov-Məmmədəliyev:
Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!”
Elmir Quliyev :
Они попрекают тебя тем, что обратились в ислам. Скажи: "Не попрекайте меня вашим обращением в ислам. Это Аллах оказал вам милость тем, что привел вас к вере, если вы правдивы".
Ələddin Sultanov:
Müsəlman oldular deyə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuza görə mənə minnət qoymayın! Əksinə, əgər sadiqlərdənsinizsə, bilin ki, əslində sizi imana yönəltdiyinə görə Allah sizə minnət qoymalıdır”.
Kerbelayi Malik ağa:
Təslim olmaları ilə sənə minnət qoymaq istəyirlər. De ki: ‘Siz İslamiyyətinizlə mənə minnət qoymayın.’ Xeyr, əksinə, əgər siz doğru danışanlarsınızsa, Allah sizi imana gətirməklə boynunuza minnət qoymuş.
Ələsgər Musayev:
Onlar sənə minnət qoyurlar ki, təslim olublar. De: «Mənə minnət qoymayın ki, təslim olmusunuz. Bəli, Allah sizə minnət qoyub ki, hidayət edib sizi imana, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır.»
Kövsər Tağıyev:
Müsəlman olmalarını minnət qoyarcasına sənə xatırladırlar. De ki: “Müsəlman olduğunuzu mənə minnət qoymayın. Əksinə əgər (sözünüzdə) doğrusunuzsa, sizi imana qovuşdurduğu üçün Allah sizə lütf etmiş olur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar islama girdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olmağınız üçün mənə minnət qoymayın. Xeyr, əgər düz danışansınızsa, Allah sizi imana yönəltdiyi üçün siz Ona minnətdar olmalısınız!"
Sabirə Dünyamalıyeva:
Onlar, İslamı qəbul etdiklərinə görə sənin minnətdar olmağını gözləyirlər. De ki: "İslamı qəbul etdiniz deyə, məndən minnətdarlıq gözləməyin. Əksinə, əgər doğruçu kəslərsinizsə, sizi imana vasil etdiyi üçün, siz Allaha minnətdarlıq duyğusu bəsləyin."