Haqqə Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk )daşıyacaqdır.
Bünyadov-Məmmədəliyev:
Mələklər onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
Elmir Quliyev :
Ангелы будут находиться по его краю, и восьмеро понесут над собой Трон твоего Господа.
Ələddin Sultanov:
Mələklər göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.
Kerbelayi Malik ağa:
O mələk onun ətrafında olacaq. İzn günü Rəbbinin ərşini üstlərində daşıyanların sayı səkkizdir.
Ələsgər Musayev:
Mələklər üzərində kənarının onun daşıyar ərşini sənin Rəbbinin fövqlərində o gün səkkizi.
A.Mehdiyev və D.Cəfərli:
Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.
Kövsər Tağıyev:
Mələklər onun ətrafındadır. O gün Rəbbinin Ərşini bunların da üstündə səkkiz daşıyıcı daşıyar.
M.Qənioğlu və T.Bilaloğlu:
Mələklər isə onun ətrafında olacaqlar. O günü səkkiz mələk sənin Rəbbinin ərşini onların başları üstündə aparacaqdır.
Sabirə Dünyamalıyeva:
Bütün qüvvələr, səmanın ətrafındadır. O gün Rəbbinin böyük taxtını;varlığının birliyini, ucalığını, ən uca məqam sahibi olduğunu, yox edilən köhnə varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirəcəklər.