Əlixan Musayev:
Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən (gələn) haqqı çatdırdı. (Ona) iman gətirin! (Bu) sizin üçün xeyirli olar. Əgər (onu) inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Bilən-dir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Quranı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
О люди! Посланник принес вам истину от вашего Господа. Уверуйте же, ведь так будет лучше для вас. Если же вы не уверуете, то ведь Аллаху принадлежит то, что на небесах и на земле. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı (Quranı) gətirdi. Elə isə, öz yaxşılığınız üçün (ona) iman gətirin! Əgər (onu) inkar etsəniz, bilin ki, şübhəsiz, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Ey insanlar! Rəsul sizə Rəbbinizdən haqq ilə gəlmişdi. Elə isə amənu olun (Allaha təslim olmağı diləyin), bu sizin üçün xeyirlidir. Əgər inkar etsəniz belə, yer üzündə və göylərdə olanlar (hər şey) şübhəsiz ki, Allahındır. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Ay insanlar!
Əlbəttə, gəldi sizin üçün rəsul haqq ilə Rəbbinizdən. İnanın -
sizin üçün xeyirdir. Əgər kafir olsanız, həqiqətən, Allah
üçündür nə ki, səmalardadır və nə ki, ərzdədir və oldu Allah
Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı (həqiqəti) gətirdi. Elə isə öz xeyriniz üçün iman edin. Əgər inkar edərsinizsə, bilin ki, göylərdəki hər şey, yerdəki hər şey Allahındır. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən olan haqqı gətirmişdir. Öz xeyrinizə iman gətirin! Əgər küfr etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi biləndir və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Şübhəsiz ki, Elçi, sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə haqqa inanın ki, bu sizin öz xeyrinizə olar. Əgər inanmırsınızsa, bilin ki, göylərdə və yer üzündə olan şeylər Allaha məxsusdur. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.