Nisa Surəsi 173. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tam verəcək Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə ar bilənləri təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə bir himayədar, bir yardımçı tapacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Allah) iman gətirənlərin yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı bir dost, havadar tapacaqlar!
Elmir Quliyev :
Тех, которые уверовали и совершали праведные деяния, Он одарит вознаграждением сполна и даже приумножит его по Своей милости. А тех, которые считали для себя унизительным поклоняться Ему и проявляли высокомерие, Он подвергнет мучительным страданиям. Они не найдут себе вместо Него ни покровителя, ни помощника.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, Allah onların mükafatlarını tam verəcək Öz lütfündən onlara daha çoxunu da bəxş edəcəkdir. (Allaha ibadət etməyi) özlərinə ar bilib təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün (əzabdan xilas olmaq üçün) Allahdan başqa bir dost, bir köməkçi tapacaqlar.
Kerbelayi Malik ağa:
Lakin amənu olan (Allaha təslim olmağı diləyən) islahedici əməl (əməli salihat, saleh əməl) edənlərə isə, onların əcrləri (mükafatları) onlara ödənər (Allah) onlara öz fəzlindən daha da artırar. (Qulluq etməkdən) çəkinən təkəbbürlənən kimsələrə isə, ‘əlim əzab’ ilə əzab edilər. Onlar özləri üçün Allahdan başqa bir dost bir köməkçi tapa bilməzlər.
Ələsgər Musayev:
Amma o kəslər ki, inanıb əməllərini islah ediblər, verəcək onların əcrlərini artıracaq onlara fəzlindən Onun. amma o kəslər ki, imtina edib təkəbbürlük edirlər, əzabı edərik onları əzabnan ələmli tapa bilməzlər onlar üçün Allahdan başqa dost yoxdur yardımçı!
A.Mehdiyev və D.Cəfərli:
Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək onlara Öz lütf rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır onlar (orada) özlərinə Allahdan başqa bir başçı yardımçı tapmayacaqlar.
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlərə gəlincə, (Allah) onların mükafatlarını tam verəcək lütfündən onlara daha da artığını verəcək. Allaha qulluq etməkdən çəkinənlərə kibrlənənlərə gəlincə, (Allah) onları ağrılı-acılı bir əzaba düçar edəcək onlar özlərinə Allahdan başqa bir dost yardımçı da tapa bilməyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, iman gətirib əməlisaleh olanların haqqını tam verəcək Öz lütfündən onların (haqqını) daha da artıracaqdır. Saymamazlıq təkəbbür göstərənlərə isə O, üzücü bir əzab verəcəkdir. Onlar özləri üçün Allahdan başqa bir dost, bir himayəçi taparlar.
Sabirə Dünyamalıyeva:
İnanan yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər [ki var]; Allah onların mükafatlarını əskiksiz verəcək [Öz] nemətlərindən onlar üçün daha artığını da bağışlayacaq; qulluq etməkdən çəkinib təkəbbür göstərən kəslər [ki var]; [Allah] onlara çox ağrılı bir əzab verəcək. Onlar, özləri üçün Allahın altındakılardan bir himayəçi, yol göstərən yaxın yaxşı bir yardımçı tapa bilməzlər.