Əlixan Musayev:
Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə (Allah) Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf (gedən) düz yola yönəldəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.
Elmir Quliyev
:
Тех, которые уверовали в Аллаха и крепко ухватились за Него, Он введет в Свою милость и щедрость и поведет к Себе прямым путем.
Ələddin Sultanov:
Allaha iman gətirib Ondan (Onun dinindən) möhkəm yapışanları Allah Öz rəhmət və lütfünə daxil edəcək və onları Özünə aparan doğru yola yönəldəcəkdir.
Kerbelayi Malik ağa:
Beləcə Allaha amənu olanları (Allaha təslim olmağı diləyənləri) və Ona (Allaha) sarılanları isə, (Allah) Özündən bir rəhmətin və fəzlin içinə daxil edəcək və onları Özünə hidayət edən Sirati Müstəqimə hidayət edəcək.
Ələsgər Musayev:
Və
amma o kəslər ki, Allah ilə inanıb və Onun ilə möhkəm
yapışdılar, onları fəzl və rəhmətinə daxil edib və onları Özünə
tərəf düz yola hidayət edəcək.
A.Mehdiyev və D.Cəfərli:
Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
Kövsər Tağıyev:
Allaha iman edib ona möhkəm sarılanları isə (Allah) özündən bir rəhmət və lütfə qovuşduracaq və onları özünə aparan doğru bir yola yönəldəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha iman gətirib Ona sığınanları isə O, Öz mərhəməti və fəzilətinə daxil edəcək və Özünə doğru düz yola yönəldəcəkdir.
Sabirə Dünyamalıyeva:
Artıq, Allaha inanan və açıq-aşkar işıqdan möhkəm yapışan kəslər [ki var]; Allah onlara, Öz tərəfindən bir mərhəmətə və əlavə bir bəxşiş olaraq bol nemətə daxil edəcək və doğru bir yol olaraq Özünə tərəf yönəldəcək.