Əlixan Musayev:
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və (qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!
Elmir Quliyev
:
О те, которые уверовали! Вам предписано возмездие за убитых: свободный — за свободного, раб — за раба, женщина — за женщину. Если же убийца прощен своим братом, то следует поступить по справедливости и уплатить ему выкуп надлежащим образом. Таково облегчение от вашего Господа и милость. А кто преступит границы дозволенного после этого, того постигнут мучительные страдания.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Qətl (öldürülmə) barəsindəki qisas üzərinizə yazıldı (sizə fərz qılındı). Hürə hür, köləyə kölə, qadına qadın (qisas alınır), lakin kim onun (öldürülənin) qardaşı tərəfindən bir şey ilə (qanbahası qarşılığında) əfv olunarsa, o təqdirdə lazım olan şey marufa (müvafiq qaydaya, adətə) tabe olunması və ona (əfv edənə qanbahasının) ehsanla ödənməsidir. Məhz bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir rəhmətdir. Artıq kim bundan sonra həddi aşarsa, o zaman onun üçün əlim bir əzab (acılı-ağrılı) vardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız!
Yazıldı üzərinizə qisas qətldə: hürr – hürr ilə və qul - qul ilə
və qadın - qadın ilə. Kim əfv ola qardaşından bir şeylə, tabelik
mərifətlə və əda onun tərəfinə ehsan ilə. Bu, yumşaqlıqdır
Rəbbinizdən və rəhmət. Kim həddi aşarsa bundan sonra,
onun üçün əzab var ələmli!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Öldürülənlərdən ötrü qisas almaq sizə vacib buyuruldu. Azadın əvəzində azad, kölənin əvəzində kölə, qadının əvəzində qadın qisasla cəzalandırılar. Ancaq öldürən kəs qardaşı (öldürülənin varisi, qəyyumu) tərəfindən bağışlanarsa, ağlın və dinin tələblərinə uyğun bir yol tutulmalı və gözəl bir şəkildə qanbahası ödənməlidir. Bu, Rəbbiniz tərəfindən bir asanlıq və rəhmətdir. Bundan sonra həddi aşana ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Öldürürənlər üçün – azad kəs üzün azaddan, kölə üçün kölədən, qadın üçün qadından – sizə qisas almaq fərz qılındı. Onun (öldürülənin) qardaşı (yaxını) tərəfindən bir şey müqabilində bağışlanmış kəs (öldürən) ilə qəbul olunmuş qaya üzrə (xoşluqla) rəftar olunmalı, o da əvəzini yaxşılıqla ödəməlidir. Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngülləşdirmədir, mərhəmətdir. Bundan sonra kim bu həddi aşarsa, onun üçün üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Ölümlü hadisələrdə qisas; tərəflər arasında ədalətli əvəzçıxma sizə vacib oldu. Azad şəxs əvəzində azad şəxs, qul əvəzində qul, qadın əvəzində qadın... Ancaq hər kəs, ölənin qardaşı tərəfindən hər hansı bir şey müqabilində bağışlansa, o zaman adətə əməl etməli, ona yaxşılıqla ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhəmətdir. Artıq kim həddi aşsa, ağrılı əzab onu gözləyir.