Əlixan Musayev:
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik bir o qədəri də onların olsaydı, (əzabdan)(qurtarmaq)(üçün) onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!
Bünyadov-Məmmədəliyev:
Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
Elmir Quliyev
:
Тем, которые ответили на призыв своего Господа, уготовано Наилучшее (Рай). А расчет с теми, которые не ответили на Его призыв, будет ужасен. Завладей они всем, что есть на земле, и еще стольким же, они попытались бы откупиться этим. Их пристанищем будет Геенна. Как же скверно это ложе!
Ələddin Sultanov:
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl (mükafat) vardır. Onun dəvətini qəbul etməyənlərə gəldikdə, yer üzündəki hər şey və bir o qədəri də onların olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq onu fidyə verərdilər. Onların haqq-hesabı çox pis (çətin) olacaqdır. Onların sığınacaqları yer cəhənnəmdir. Ora necə də pis bir yerdir!
Kerbelayi Malik ağa:
Rəblərinə (Rəbbinin dəvətinə) cavab verənlər üçün ən gözəli vardır. Ona cavab verməyənlər yer üzündə olanların hamısı və bir o qədəri də onların olsa, onu mütləq fidyə olaraq verərdilər. Onlar üçün hesabın ən pisi var. Onların sığınacağı yer cəhənnəmdir, nə pis bir döşəkdir.
Ələsgər Musayev:
o kəslər üçün ki, cavab verdilər Rəblərinə – onlar üçün yaxşılıq var. O kəslər ki, cavab vermədilər Ona, əgər ərzdə cəmiyyən nə varsa və əlavə bir o qədər də onların ola, hamısını fəda edərlər. Onların hesabı çox pis olacaq və yerləri cəhənnəmdir və çox pis yerdir!
A.Mehdiyev və D.Cəfərli:
Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!
Kövsər Tağıyev:
Rəblərinin əmrinə tabe olanlara mükafatın ən gözəli var. Ona tabe olmayanlar isə yer üzündəki hər şeyə və bir o qədərinə də sahib olsaydılar, qurtulmaq üçün hamısını fidyə olaraq verərdilər. Onları pis hesab gözləyir. Gedəcəkləri yer də cəhənnəmdir. O necə də pis bir yataqdır!
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbinin sözünə qulaq asanları yaxşı aqibət gözləyir. Ona qulaq aşmayanlar isə, yer üzündəkilərin hamısı və bir o qədəri də onların olsa və canlarını qurtarmaq üçün bunu versələr belə onlar üçün bəd haqq-hesab olacaqdır. Onların varacaqları yer cəhənnəmdir. Nə pis bir yataq!
Sabirə Dünyamalıyeva:
Rəblərinə uyanlar üçün "ən gözəl" [nemət] var. Ona uymayanlar isə, yer üzündə olan nə varsa hamısı və bununla birgə daha bir misli onların olsa, xilas olmaq üçün onu fidyə verərdilər. Bax onlar üçün pis bir haqq-hesab var. Gedəcəkləri yer də cəhənnəmdir. Ora necə də pis yataqdır!