Əlixan Musayev:
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.
Bünyadov-Məmmədəliyev:
(Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
Elmir Quliyev
:
Ты решил бы, что они бодрствуют, хотя они спали. Мы переворачивали их то на правый бок, то на левый. Их собака лежала перед входом, вытянув лапы. Взглянув на них, ты бросился бы бежать прочь и пришел бы в ужас.
Ələddin Sultanov:
Onlar yuxuda ikən sən onların oyaq olduğunu zənn edərdin. Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik. Onların iti də mağaranın girişində qabaq ayaqlarını uzadıb yatmışdı. Əgər onları müşahidə etsəydin, mütləq dönüb onlardan qaçardın və gördüklərinə görə səni qorxu bürüyərdi.
Kerbelayi Malik ağa:
Onlar yuxuda olduqları halda sən onları oyaq sanarsan. Onları sağa və sola doğru çeviririk. Onların iti ön ayaqlarını (mağaranın) giriş qisminə uzatmış vəziyyətdədir. Əgər sən onları yaxından görsəydin, mütləq qorxub qaçardın. Mütləq bütün vücudunu dəhşət bürüyərdi.
Ələsgər Musayev:
Sən onları ayıq
hesab edirsən və onlar isə yuxudadır. Biz onları sağ yana və sol
yana döndərirdik və onların iti mağaranın ağzında əllərini
uzatmışdı. Əgər sən onlara baxsaydın, onlardan üz döndərib
qaçardın və onlardan bərk qorxardın.
A.Mehdiyev və D.Cəfərli:
Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.
Kövsər Tağıyev:
Yuxuda olduqları halda sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. İtləri isə mağaranın girişində iki qolunu uzadıb (yatırdı). Sən onları görsəydin, üz çevirib qaçardın və gördüklərin səbəbi ilə için qorxu ilə dolardı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yatmış olduqları halda sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə pəncələrini astanaya uzatmışdı. Əgər sən onların yanına gəlib bu vəziyyəti görsəydin, onlardan vahiməyə düşüb geri qaçardın.
Sabirə Dünyamalıyeva:
Və sən Rəqim əhlini görsəydin oyaq sanardın. Halbuki onlar yuxudaydılar. Və Biz onları sağ tərəfə və sola tərəfə çeviririk. İtləri də kandarda qabaq ayaqlarını irəli doğru uzatmışdı. Əgər sən onların vəziyyətindən yaxşıca xəbərdar olsaydın, şübhəsiz, qaçaraq onlardan uzaqlaşardın və ürpərərdin.