Məryəm Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Məryəm) dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)”.
Bünyadov-Məmmədəliyev:
(Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!”
Elmir Quliyev :
Она сказала: прибегаю к Милостивому, чтобы Он защитил меня от тебя, если только ты богобоязнен".
Ələddin Sultanov:
Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!”
Kerbelayi Malik ağa:
(Hz. Məryəm belə) dedi: ‘Şübhəsiz ki, mən səndən Rəhmana sığınıram, əgər sən təqva sahibisənsə (mənə bir zərərin toxunmaz).’
Ələsgər Musayev:
Dedi: «Mən səndən pənah aparıram Rəhmana, əgər sən təqvalısan!»
A.Mehdiyev və D.Cəfərli:
Məryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram.
Kövsər Tağıyev:
Məryəm: “Səndən Rəhmana sığınıram. Əgər Allahdan çəkinən birisənsə, (mənə pislik etmə)”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm dedi: “Mərhəmətli Allahın məni səndən qorumasını diləyirəm. Allahdan qorxursansa (mənə toxunma)".
Sabirə Dünyamalıyeva:
Məryəm: "Mən səndən Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] sığınıram. Əgər sən Allahın mühafizəsi altına daxil olan biri/müttəqi birisənsə..." dedi.