Əlixan Musayev:
(Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”
Elmir Quliyev
:
Муса (Моисей) сказал: "Это — мой посох. Я опираюсь на него и сбиваю им листья для моих овец (или отгоняю им моих овец). Я нахожу ему и другое применение".
Ələddin Sultanov:
Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”.
Kerbelayi Malik ağa:
’O mənim əsamdır, mən ona söykənirəm. Onunla qoyunlarımın üzərinə yarpaq silkələyirəm. Mənim üçün onda başqa faydalar da vardır.’ dedi.
Ələsgər Musayev:
Dedi: «O mənim əsamdır.
Söykənirəm ona və yarpaq tökürəm onunla sürülərim üçün.
Mənim üçün onda başqa qənimətlərdə var!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var.
Kövsər Tağıyev:
Musa: “O, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma yarpaq çırpıram. Onunla başqa işlərimi də görürəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Bu, mənim əsamdır. Mən ona söykənirəm və onunla sürümə yarpaq tökürəm. Ona mənim başqa ehtiyaclarım da vardır”.
Sabirə Dünyamalıyeva:
Musa: "O mənim əsamdır, ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm və onda mənim üçün başqa faydalar da var" dedi.