Əlixan Musayev:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!
Bünyadov-Məmmədəliyev:
Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!
Elmir Quliyev
:
Однако Мы бросаем истину в ложь, и та разбивается и исчезает. Горе вам за то, что вы приписываете!
Ələddin Sultanov:
Əksinə, Biz haqqı batilin üzərinə qoyarıq, o da onu yox edər. Bir də görərsən ki, batil yox olmuşdur. Allaha isnad etdiyiniz sifətlərə görə vay sizin halınıza!
Kerbelayi Malik ağa:
Xeyr, Biz haqqı batilin başına atarıq. Beləcə onun beynini darmadağın edər. O zaman batil yox olmuşdur. Allaha isnad etdiyiniz sifətlərə görə, vay halınıza.
Ələsgər Musayev:
Bəli! Biz haqqı batilə çırparıq və o, sındırar onu və onda batil
yox olub aradan gedər. Vay olsun sizə, nədən ki, vəsf edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!
Kövsər Tağıyev:
Xeyr, biz haqqı batilin üstünə atarıq, batilin beynini parçalayar. Bir də görərsən ki, yox olub gedib. Allaha yaraşdırdığınız vəsflərə görə vay sizin halınıza!
M.Qənioğlu və T.Bilaloğlu:
Biz batili haqq ilə vururuq, o da onu dağıdıb məhv edir və o yox olub gedir. (Allaha) verdiyiniz sifətlərə görə vay sizin halınıza!
Sabirə Dünyamalıyeva:
Əksinə, Biz, haqqı batilin başına çırparıq, [o da] onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız sifətlərə görə vay sizin halınıza!