Əlixan Musayev:
Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və Onun sevimliləriyik”– dedilər. De: “Onda nə üçün (Allah) sizə günahlarınıza görə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. Dönüş də ancaq Onadır.
Bünyadov-Məmmədəliyev:
Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. (Onlara) de: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!
Elmir Quliyev
:
Иудеи и христиане сказали: "Мы — сыны Аллаха и Его возлюбленные". Скажи: "Почему же Он причиняет вам мучения за ваши грехи? О нет! Вы всего лишь одни из людей, которых Он сотворил. Он прощает, кого пожелает, и причиняет мучения, кому пожелает. Аллаху принадлежит власть над небесами, землей и тем, что между ними, и к Нему предстоит прибытие".
Ələddin Sultanov:
Yəhudilər və xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.
Kerbelayi Malik ağa:
Yəhudilər və Xristianlar: ‘Biz Allahın oğulları və Onun sevdiyi kimsələrik.’ dedilər. De ki: ‘O halda nə üçün Allah sizə günahlarınıza görə əzab edir?’ Xeyr, siz Onun yaratdıqlarından bir bəşərsiniz (insansınız). O, dilədiyini məğfirət edər, dilədiyinə də əzab edər. Göylərin, yerin və ikisinin arasında olan hər şeyin mülkü Allahındır. Dönüş Onadır.
Ələsgər Musayev:
Dedilər hidayət olunmuşlar və yardım olunmuşlar: «Biz
oğullarıyıq Allahın və sevimliləriyik». De: «Bəs nə üçün əzab
edır sizi günahlarınızla? Bəli, siz bəşərsiniz kəslərdən ki, xəlq
olunub. Bağışlar O kim üçün istəsə və əzab edər kim istəsə».
Allah üçündür mülkü səmaların və ərzin və nə ki, arasında hər
ikisinin onların. Onun tərəfinədir qayıdış.
A.Mehdiyev və D.Cəfərli:
Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.
Kövsər Tağıyev:
(Bir də) yəhudilər və xristianlar: “Biz Allahın oğulları və sevimli qullarıyıq”, – dedilər. De ki: “Elə isə (Allah) nə üçün sizə günahlarınız səbəbi ilə əzab verir? Xeyr, siz də Onun yaratdıqlarından bir bəşərsiniz”. (Allah) istədiyini bağışlayar, istədiyinə əzab verər. Göylərin, yerin və bunların arasında olanların da hökmranlığı Allahındır. Dönüş də ancaq Onadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yəhudilər və xaçpərəstlər dedilər. 'Biz Allahın övladları və Onun sevimliləriyik.“ De: "Bəs onda O nə üçün günahlarınıza görə sizə əzab verir? - Axı siz Onun yaratdıqlarından bir bəşərsiniz." O, istədiyi kəsi bağışlar və istədiyi kəsə də əzab verər. Göylərin, yerin və onların arasında olanların ixtiyarı Allahın əlindədir. Son dönüş də Onadır.
Sabirə Dünyamalıyeva:
Və yəhudilər, xristianlar, "Biz, Allahın oğullarıyıq və Onun sevimliləriyik" dedilər. De ki: "Madam ki, elədir, nə üçün günahlarınıza görə Allah sizə əzab verir?" Əksinə, siz, Onun əmələ gətirdikləri [arasından] bir bəşərsiniz. O, istədiyi adamı bağışlayar, istədiyinə də əzab verər. Göylərin, yerin və ikisinin arasında olan hər şeyin mülkiyyəti, ixtiyarı da Allahındır. Dönüş də yalnız Ona tərəfdır.