Əraf Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) buyurdu: “Oradan mənfur qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
Elmir Quliyev :
Аллах сказал: "Изыди презренным и отверженным! А если кто из них последует за тобой, то Я заполню Геенну всеми вами.
Ələddin Sultanov:
Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam. (İblis Allahın əmrinə qarşı çıxaraq səcdə etmədikdə cənnətdən, yaxud mələklərin olduğu yüksək məqamdan qovuldu. Bundan sonra Allahla onun arasında yuxarıdakı ayələrdə bildirilən hadisə baş verdi. Nəticə etibarilə, Allah İblisə qiyamətə qədər yaşaması üçün möhlət vermiş insanları haqq yoldan çıxarmasına fürsət vermişdir. Buna görə də, kim İblisin yolundan gedərsə, onlar da onunla birlikdə cəhənnəmə girəcəklər.)
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Qınanmış (xor görülmüş) qovulmuş olaraq oradan çıx!’ dedi. ‘Əlbəttə onlardan kim sənə tabe olsa, mütləq sizin hamınızla cəhənnəmi (tamamilə) dolduracam.’
Ələsgər Musayev:
Dedi: «Oradan xaric ol, məzəmmət olunmuş alçaldılmış halda! Onlardan kim sənə tabe olarsa, dolduracağam cəhənnəmi sizinlə cəmiyyən!
A.Mehdiyev və D.Cəfərli:
Buyurdu: «Buradan məzəmmət olunmuş qovulmuş halda çıx! Şübhəsiz onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».
Kövsər Tağıyev:
Allah dedi ki: “Qınanmış qovulmuş halda çıx oradan. And olsun, onlardan kim sənə uyarsa, sizin hamınızı cəhənnəmə dolduraram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Rüsvay olmuş qovulmuş halda çıx get buradan! And olsun, onlardan kim sənin ardınca getsə, Mən hamınızı cəhənnəmə dolduracağam!
Sabirə Dünyamalıyeva:
Allah, "Haydı, sən məzəmmət olunmuş qovulmuş olaraq oradan çıx. Onlardan kim sənə tabe olarsa, and olsun ki, sizin hamınızla cəhənnəmi dolduracağam"