Əlixan Musayev:
Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar.
Bünyadov-Məmmədəliyev:
Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!
Elmir Quliyev
:
Только тот оживляет мечети Аллаха, кто уверовал в Аллаха и в Последний день, кто совершает намаз, выплачивает закят и не боится никого, кроме Аллаха. Возможно, они окажутся на верном пути.
Ələddin Sultanov:
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.
Kerbelayi Malik ağa:
Allahın məscidlərini ancaq Allaha və axirət gününə iman edən, namazı qılan, zəkat verən və Allahdan başqasından qorxmayan kəslər abadlaşdıra bilər. Onların beləcə hidayət olmuşlardan olması ümid edilir.
Ələsgər Musayev:
Həqiqətən, Allahın məscidlərini o kəs təmir edir ki, inandı
Allah ilə və günü ilə axırın və ayağa qalxdı islahata və zəkat
verdi paklanmaq üçün və Allahdan başqa bir kəsdən çəkinmədi
– ola bilsin ki, həmin onlar hidayət tapmışlardan olsunlar!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır.
Kövsər Tağıyev:
Allahın məscidlərini ancaq Allaha və axirət gününə inanan, namazı doğru-düzgün qılan, zəkatı verən və Allahdan başqasından qorxmayan kimsələr abad edərlər. Onların doğru yolu tapanlardan olması ümid olunur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın məscidlərini ancaq Allaha və axirət gününə inanan, namaz qılan, zəkat verən və yalnız Allahdan qorxanlar (ibadətlər üçün) abad edə bilərlər. Umulur ki, belələri düz yolla gedənlərdən olalar.
Sabirə Dünyamalıyeva:
Allahın məscidlərini yalnız Allaha və axirət gününə inanan, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşadan], zəkatı/vergisini verən və yalnız Allahın qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən kəslər açar və yaşadar. Məhz onların, yönləndirildikləri doğru yol üstündə olan kəslərdən olmasına ümid var.