Əlixan Musayev:
Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. (Bu,) müttəqilər üçün bir borcdur.
Bünyadov-Məmmədəliyev:
Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.
Elmir Quliyev
:
Когда смерть приближается к кому-либо из вас, и он оставляет после себя добро, то ему предписано оставить завещание родителям и ближайшим родственникам на разумных условиях. Такова обязанность богобоязненных.
Ələddin Sultanov:
Sizdən birinizə ölüm gəldiyi zaman bir xeyir (mal-mülk) qoyub gedəcəksə, valideynlərə və yaxın qohumlara adətə uyğun bir şəkildə vəsiyyət etməsi fərz edildi. Bu, təqva sahiblərinin borcudur.
Kerbelayi Malik ağa:
Sizdən birinizə ölüm gəldiyi zaman əgər bir xeyir (mal, mülk və.s) qoyub gedərsə, ana-ataya və yaxınlarına (qohumlarına) marufla (adət-ənənəyə uyğun olaraq) vəsiyyət etmək siz müttəqilərin üzərinə (yerinə yetirilməsi lazım olan) bir haqq (bir borc) olaraq fərz qılındı.
Ələsgər Musayev:
Yazıldı
üzərinizə - onda ki hazırdır biriniz ölümə əgər tərk edirsə
xeyiri - vəsiyyət valideynlər üçün və əqrabaya mərifətlə.
Haqdır üzərində müttəqilərin
A.Mehdiyev və D.Cəfərli:
Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.
Kövsər Tağıyev:
Sizdən birinə ölüm gəlib çatdığı zaman əgər arxada bir xeyir (mal) qoymuşsa, anaya, ataya və yaxın qohumlara məqbul bir vəsiyyət etməsi – Allaha qarşı gəlməkdən çəkinənlər üzərində bir haqq olaraq – sizə vacib buyuruldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən bir kəsi ölüm haqlarsa və o, mal-dövlət qoyub gedərsə qəbul olunmuş qayda üzrə valideynlərə və qohum-əqrabaya ədalətlə vəsiyyət etməniz sizə vacib edilmişdir. Bu, müttəqilər üçün borcdur.
Sabirə Dünyamalıyeva:
Sizdən birinizi ölüm haqladıqda, əgər bir xeyir/mal qoyub gedirsə, atası-anası və ən yaxın qohumu üçün adətlərə uyğun; hər kəs tərəfindən qəbul edilən bir şəkildə vəsiyyət etmək vacibdir, [belə etmək] Allahın mühafizəsi altına daxil olan kəslər üçün bir haqdır.