Rəd Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
Elmir Quliyev :
Разве тот, кто знает, что ниспосланное тебе от твоего Господа является истиной, может быть подобен слепцу? Воистину, поминают это только обладающие разумом,
Ələddin Sultanov:
Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilənlə (qəlb gözü) kor olan eyni olarmı? Yalnız ağıl sahibləri (bundan) ibrət götürərlər.
Kerbelayi Malik ağa:
Elə isə sənə Rəbbin tərəfindən endirilənin haqq olduğunu bilən kimsə kor olan kimsə kimidirmi? Lakin Üluləlbab təzəkkür edər (daimi zikrin sahibləri anlayar, ibrət alar).
Ələsgər Musayev:
Ə, o kəs ki, bilir Rəbbin tərəfindən sənə nazil olan haqdır, məgər o kəs kimidir ki, kordur? Həqiqətən, ancaq ağıl sahibləri yad edərlər!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.
Kövsər Tağıyev:
Rəbbindən sənə endirilənin haqq olduğunu bilən kimsə (onu bilə bilməyən) kor bir kimsə ilə eyni olarmı? (Bunu) yalnız ağıl sahibləri anlayar.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç sənə öz Rəbbindən nazil edilənin haqq olduğunu bilən kora bənzərmi? Ancaq ağıl sahibləri ibrət götürərlər.
Sabirə Dünyamalıyeva:
Yaxşı, həqiqətən Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kor olan kimsə kimi ola bilərmi? Şübhəsiz ki, ancaq anlamaq qabiliyyəti olan kəslər;