Kəhf Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri )dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun sizin barənizdə heç kəsi duyuq salmasın!
Bünyadov-Məmmədəliyev:
(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “(Mağarada) qədər qaldınız?” Onlar: “Bir gün ya bir gündən az!” deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!
Elmir Quliyev :
Так Мы пробудили их для того, чтобы они расспросили друг друга. Один из них сказал: "Сколько вы пробыли здесь?" Они сказали: "Мы пробыли день или часть дня". Они сказали: "Вашему Господу лучше известно о том, сколько вы пробыли. Пошлите одного из вас в город с вашими серебряными монетами. Пусть он посмотрит, какая еда получше, и принесет вам ее поесть. Но пусть он будет осторожен, чтобы никто не догадался о вас.
Ələddin Sultanov:
Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin qətiyyən sizi heç kimə sezdirməsin!
Kerbelayi Malik ağa:
Beləcə aralarında bir-birlərini sorğu-sual etsinlər deyə onları oyandırdıq. Onlardan biri belə dedi: ‘Nə qədər qaldınız?’ ’Günün bir qismi ya bir gün (qədər).’ dedilər. (Digərləri də): ‘Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir.’ dedilər. İndi aranızdan birini bu gümüş pul ilə şəhərə göndərin. Beləcə ən təmiz yemək hansıdırsa, baxsın, ondan sizə azuqə gətirsin. Tədbirli (diqqətli) olsun. Sizi bir kimsəyə sezdirməsin (varlığınızı heç kimə hiss etdirməsin).
Ələsgər Musayev:
Beləliklə Biz onları qaldırdıq ki, öz aralarında sual edələr. Onlardan biri dedi: «Nə qədər qaldınız?» Dedilər: «Bir gün, ya günün bəzi hissəsi!». Dedilər: «Rəbbiniz bilir ilə ki, qaldınız. Sizdən birinizi bu pulunuzla şəhərə tərəf göndərin ki, görsün hansı təam pakdır alıb gətirsin sizin üçün ruzilərdən gərək diqqətli olsun heç bir kəs sizi tanımasın.
A.Mehdiyev və D.Cəfərli:
onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. əlbəttə gərək mülayim mehriban davransın heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».
Kövsər Tağıyev:
Beləliklə, biz onları oyatdıq ki, bir-birilərindən soruşsunlar. Onlardan biri: “Nə qədər qaldınız?” dedi. (Bir qismi:) “Bir gün ya da bir gündən daha az”, dedilər. (Digərləri isə) belə dedilər: “Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi sizdən birini bu gümüş pulla şəhərə göndərin, görsün (şəhər əhlindən) hansının yeməyi daha təmiz ləzzətlidirsə, ondan sizə bir azuqə gətirsin. Üstəlik çox ehtiyatlı davransın (diqqət çəkməsin) sizi heç kimə hiss etdirməsin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları beləcə ayıltdıq ki, öz aralarında sorğu-sual etsinlər. Onlardan biri dedi: "(Mağarada) qədər qaldınız?" Onlar dedilər "Biz bir gün ya günün bir hissəsi qədər qaldıq." Digərləri dedilər: “Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu pullarınızla şəhərə göndərin. Qoy görsün, hansı yemək daha təmizdirsə, ondan sizə bir ruzi gətirsin. Qoy o, ehtiyatlı hərəkət etsin, heç kimi sizin barənizdə duyuq salmasın.
Sabirə Dünyamalıyeva:
beləcə, öz aralarında haqq-hesab görsünlər deyə, kitabə əhlini göndərdik. Onlardan biri: "Nə qədər qaldınız?" dedi. Digərləri: "Bir gün ya günün bir hissəsi qədər qaldıq" dedilər. Kitabə əhlindən digərləri: "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilər. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin, baxsın görsün, hansı yemək daha təmiz isə, ondan sizə yemək gətirsin. çox nəzakətli davransın sizin barənizdə heç kimə xəbər verməsin.