Məryəm Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.
Bünyadov-Məmmədəliyev:
(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” dedi.
Elmir Quliyev :
Он сказал: "Воистину, я послан твоим Господом, чтобы даровать тебе чистого мальчика".
Ələddin Sultanov:
(Cəbrail:) “Həqiqətən, mən sənə tər-təmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin göndərdiyi bir elçiyəm!” - dedi.
Kerbelayi Malik ağa:
(Cəbrail ə.s) dedi: ‘Mən yalnız sənə pak bir oğlan uşağı bağışlamaq üçün sənin Rəbbinin bir rəsuluyam’.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, mən ancaq sənin Rəbbinin rəsuluyam. Gəlmişəm hədiyyələndirim səni pak oğlanla!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
Kövsər Tağıyev:
Cəbrail: “Mən sadəcə Rəbbimin elçisiyəm. Sənə tərtəmiz bir övlad bağışlamaq üçün göndərilmişəm”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Cəbrail dedi:" Mən sənə pak bir oğlan uşağı bəxş etmək üçün sənin Rəbbin tərəfindən göndərilmiş elçiyəm".
Sabirə Dünyamalıyeva:
Elçi/Zəkəriyya: "Mən ancaq sənə pak bir oğlan bağışlayım deyə/bağışlamaq üçün Rəbbinin elçisiyəm" dedi.