Bəqərə Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxud onların (məsəli) zülmət içində göy gurultusu şimşəklə yağan leysana (düşənlərin məsəlinə) bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır.
Bünyadov-Məmmədəliyev:
Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).
Elmir Quliyev :
Или же они подобны тем, кто оказался под ливнем с неба. Он несет мрак, гром и молнию. Они же в смертельном страхе затыкают уши пальцами от грохота молний. Воистину, Аллах объемлет неверующих.
Ələddin Sultanov:
Yaxud (onların halı) göydən yağan, içində qaranlıqlar, göy gurultusu şimşək olan yağışa (tutulmuş kimsələrin halına) bənzəyir. Onlar ildırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah (elmi qüdrəti ilə) kafirləri əhatələmişdir.
Kerbelayi Malik ağa:
Onlar səmadan enən, içində qaranlıqlar, göy guruldaması şimşək olan bir yağışa tutulmuş kimidirlər. İldırımların (dəhşətindən) ölüm qorxusuyla qulaqlarını barmaqlarıyla tıxayarlar. Allah kafirləri əhatə edəndir.
Ələsgər Musayev:
Ya səmadan olan yağış buludu kimidir; onda zülmət göy gurultusu şimşək var. Ildırımın ölüm qorxusundan barmaqlarını qulaqlarına tutarlar Allah əhatəlidir kafirlər ilə.
A.Mehdiyev və D.Cəfərli:
Yaxud (onların hekayəti) səmadan yağan qaranlıqlar, göy gurultusu şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm qüdrət baxımından) əhatə etmişdir.
Kövsər Tağıyev:
Yaxud da onların halı qaranlıqlar içində göy gurultusu şimşəklə birlikdə göydən yağan leysan yağışına tutulmuş kəslərin halı kimidir. İldırım səslərindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri hər tərəfdən əhatə etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ya da onlar səmadan zülmətlər, göy qurultusu şimşəklə yağan leysana düşənlərə bənzəyirlər ki, ildırım (çaxması ilə) ölmək qorxusundan barmaqları ilə qulaqlarını tıxarlar. Allah kafirləri hər tərəfdən haqlayandır.
Sabirə Dünyamalıyeva:
Bəzən onların vəziyyəti, içində qaranlıq, göy gurultusu şimşək olan, göydən tökülən bir yağış kimidir. Onlar, ölüm qorxusuyla, ildırımın [səsindən] barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki, Allah kafirləri [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənləri] hər tərəfdən əhatə etmişdir.