Furqan Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlərə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz (əzabı özünüzdən) dəf edər, başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
Bünyadov-Məmmədəliyev:
(Allah buyuracaqdır: ) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq əzabı (özünüzdən) sovuşdurar, (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq”.
Elmir Quliyev :
Они опровергли то, что вы говорите, и вы не можете ни отвратить наказание, ни помочь себе. Тем из вас, кто поступал несправедливо, Мы дадим вкусить великие мучения.
Ələddin Sultanov:
(Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq əzabı sovuşdura bilər, yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”
Kerbelayi Malik ağa:
Beləcə (Allahdan başqa tapındıqlarınız) sizin söylədiklərinizi yalanladılar. Artıq əzabı uzaqlaşdırmağa yardım almağa qüdrətiniz çatmaz. Sizdən kim zülm etsə, ona böyük əzab daddırarıq.
Ələsgər Musayev:
Fəqət yalançı saydılar sizi ilə ki, deyirsiniz siz qaytara bilməzsiniz yardım edə bilməzsiniz. kim sizdən zalimdir, Biz ona böyük əzabı daddırarıq.
A.Mehdiyev və D.Cəfərli:
(İbadət edənlərə deyilər:) Həqiqətən (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə əzabı (özünüzdən) dəf etmək, (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.
Kövsər Tağıyev:
(İlah qəbul etdikləriniz) dedikləriniz barəsində sizi təkzib etdilər. Artıq özünüzdən əzabı sovuşdurmağa gücünüz yetməyəcək özünüzə yardım da edə bilməyəcəksiniz. Sizdən kim zülm haqsızlıq edərsə, ona böyük bir əzab daddırarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah kafirlərə dedi): “Onlar [bütlər] dediklərinizə görə sizi yalançı çıxardılar. Artıq siz (əzabı) dəf edə bilər, bir kömək ala bilərsiniz. Sizlərdən kim haqsızlıq edərsə, ona böyük bir əzab daddırarıq.”
Sabirə Dünyamalıyeva:
Baxın görün, məbudlarınız sizin dediklərinizi təkzib etdilər. Artıq geri qaytarmağa kömək etməyə gücünüz çatmaz. sizdən kim şərik qoşaraq səhv; öz zərərinə olan əməl işləyərsə, Biz ona şiddətli bir əzab daddıracağıq.