Əlixan Musayev:
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görmə-yincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.
Elmir Quliyev
:
О те, которые уверовали! Вам не дозволено наследовать женщин против их воли. Не чините им препятствия, чтобы унести часть брачного дара, который вы им дали, если только они не совершили явной мерзости. Живите с ними достойно, и даже если они неприятны вам, то ведь вам может быть неприятно то, в чем Аллах заложил много добра.
Ələddin Sultanov:
Ey iman gətirənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (İslamdan əvvəl ərəblər qadınlarla çox pis davranırdılar. Hətta əri ölən qadın, ölən kimsənin mirası kimi qəbul edilir və istədikləri kimsə ilə zorla evləndirilirdi. Yuxarıdakı ayələr bütün bu haqsızlıqlara son qoymuş və qadına layiq olduğu hüquqları vermişdir.)
Kerbelayi Malik ağa:
Ey iman edənlər (Allaha təslim olmağı diləyənlər)! (Əri vəfat edən və yaxınınız olan) qadınlara zorla varis olmağınız sizə halal deyil. Onlara verdiklərinizin (mehrin) bir qismini (onlardan) almaq üçün onları sıxışdırmayın, açıq-aşkar pis iş görmələri istisna olmaqla. Onlarla gözəl rəftar edin. Lakin əgər onlar xoşunuza gəlmirsə, o təqdirdə ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah bir çox xeyir nəsib etmiş olsun.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Halal deyil sizin üçün ki, qadınlara
ikrahnan varis olasınız. Və mane olmayın onlara aparmağa o
maldan ki, siz onlara əta edibsinız, ancaq ki, aşkar fahişəlik
edələr. Rəftar edin onlarla mərifətlə. Əgər onlara kərahətiniz
olarsa, ola bilsin ki, kərahətiniz olan şeylərdə Allah sizin üçün
çoxlu xeyir edib.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.
Kövsər Tağıyev:
Ey iman edənlər! Qadınlara zorla mirasçı olmanız sizə halal deyildir. Açıq bir həyasızılıq etmələri xaricində, onlara verdiklərinizin bir qismini onlardan geri almaq üçün onları sıxışdırmayın. Onlarla yaxşı rəftar edin. Əgər onlardan xoşlanmadınızsa, ola bilər ki, siz bir şeydən xoşlanmazsınız, amma Allah onda çox xeyir yaratmış olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Aşkar əxlaq sızlıq etməyiblərsə, onlara vermiş olduğunu şeylərin bir hissəsini geri almaq üçün heç vaxt onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onları xoşlamasanız, bəlkə də Allah sizin xoşlamadığınız şeylərdə çoxlu xeyirlər edər.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Qadınlara zorla varis çıxmaq/mallarından istifadə etmək məqsədiylə onların sizdən ayrılmasına mane olmaq sizə halal olmaz. Və onlara verdiyinizin bir qismini almaq üçün, açıq-aşkar bir qəbahət [çirkin bir həyasızlıq/zina] işləmədikləri müddətcə onları sıxışdırmayın. Və onlarla adət-ənənəyə uyğun/yaxşılığı hər kəs tərəfindən qəbul edilən şəkildə rəftar edin. Və əgər onlardan xoşunuz gəlmirsə, sizin bir şeydən xoşunuz gəlməsə belə, Allah, sizin xoşunuza gəlməyən şeydə bir çox xeyir yaratmış ola bilər.