Əlixan Musayev:
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
Bünyadov-Məmmədəliyev:
De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”
Elmir Quliyev
:
Скажи: "Чье свидетельство является самым важным?" Скажи: "Аллах — Свидетель между мною и вами. Этот Коран дан мне в откровение, чтобы я предостерег посредством него вас и тех, до кого он дойдет. Неужели вы действительно свидетельствуете, что наряду с Аллахом существуют другие боги?" Скажи: "Я не свидетельствую об этом". Скажи: "Он является Единственным Богом, и я не причастен к тому, что вы приобщаете в сотоварищи".
Ələddin Sultanov:
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!” (Məkkəli müşriklər Həzrət Peyğəmbərə: “Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdur”, – demişdilər. Bu hadisədən sonra yuxardakı ayə nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
‘Kimin şahidliyi daha böyükdür?’ de. ‘Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə onunla sizi və kimə yetişərsə onu xəbərdar etməyim üçün vəhy olundu. Siz Allah ilə bərabər başqa ilahların olduğuna həqiqətən şahidlik edirsinizmi? Mən şahidlik etmərəm.’ de. ‘O, yalnız tək bir ilahdır. Şübhəsiz ki, mən sizin şirk qoşduqlarınızdan uzağam.’ de.
Ələsgər Musayev:
De: «Hansı şey şəhadətdə böyükdür?» De: «Allah şahiddir mənimlə sizin aranızda. Bu Qur’anı mənə öyrədir ki, onunla sizin nəzərinizə çatdırım və kimə ki, təbliğ etdim. Ə, siz şəhadət verirsiniz ki, Allah ilə ayrı ilahilər var?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən, O Vahid Ilahidir, və mən Ona şərik qərar verdiklərinizdən uzağam!»
A.Mehdiyev və D.Cəfərli:
(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Qur’an mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.»
Kövsər Tağıyev:
De ki: “Şahidlik baxımından hansı şey daha böyükdür?” De ki: “Allah mənimlə sizin aranızda şahiddir. Bu Qur`an onunla sizi və (onun) çatdığı hər kəsi xəbərdar edim deyə mənə vəhy olundu. Həqiqətən, sizmi Allah ilə bərabər başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De ki: “Mən şahidlik etmərəm”. De ki: “O, ancaq bir tək ilahdır və şübhəsiz, mən sizin Allaha şərik qoşduğunuz şeylərdən uzağam”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Şahidlikdə ən böyük nə ola bilər?" De: "Allah mənimlə sizin aranızda şahiddir. Bu Quran isə, onunla sizi və onun çatacağı adamları xəbərdar etmək üçün mənə vəhy olunmuşdur. Məgər siz Allahı qoyub başqa tanrıların varlığına şahidlik edirsiniz?" De: "Mən şahidlik etmirəm". De: “Həqiqətən O, vahid tanrıdır. Sizin Ona şərik qoşmanızdan mən kənaram".
Sabirə Dünyamalıyeva:
De ki: "Şahidlik baxımından nə daha böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və [ona] çatan hər kəsi onunla xəbərdar edim deyə, mənə bu Quran vəhy olundu. Allahla birlikdə həqiqətən başqa məbudlar olduğuna siz həqiqətən şahidlik edə bilərsinizmi?" De ki: "Mən etmərəm." De ki: "O, ancaq və ancaq bir olan məbuddur və həqiqətən mən sizin şərik qoşduqlarınızdan uzağam."