Əlixan Musayev:
Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!
Elmir Quliyev
:
Неужели они не видели над собой птиц, которые простирают и складывают крылья? Никто не удерживает их, кроме Милостивого. Воистину, Он видит всякую вещь.
Ələddin Sultanov:
Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.
Kerbelayi Malik ağa:
Onlar başlarının üstündə sıra-sıra süzərək qanad çarpan quşları görmürlərmi? Onları Rəhmandan başqası (havada) tutmaz. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir.
Ələsgər Musayev:
Ə,
onlar görmürlər quşları fövqlərində səf çəkərək qanadlarını
açırlar, sonra yığırlar? Ancaq Rəhmandan başqa heç kəs onları
saxlamır. Həqiqətən, O küllisi ilə şeyin Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!
Kövsər Tağıyev:
Üstlərində qanad çırparaq uçan quşlara baxmırlarmı? Onları (havada) ancaq Rəhman saxlayır. Şübhəsiz, O, hər şeyi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar öz başları üzərində quşların necə (qanad) açıb-yığaraq (uçduqlarını) görmürlərmi? Onları (havada) ancaq mərhəmətli Allah saxlayır. O, hər şeyi görəndir!
Sabirə Dünyamalıyeva:
Və onlar, üstlərində səf-səf düzülmüş və bükülmüş halda uçan şeylərə baxmırlarmı? Onları Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] başqası saxlamır. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir.