Əraf Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olar-sınız”.
Bünyadov-Məmmədəliyev:
Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”
Elmir Quliyev :
О Адам! Поселись в Раю вместе со своей супругой. Ешьте, где (или когда) пожелаете, но не приближайтесь к этому дереву, а не то окажетесь беззаконниками".
Ələddin Sultanov:
(Allah buyurdu:) “Ey Adəm, sən zövcən cənnətdə məskunlaşın istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.
Kerbelayi Malik ağa:
Ey Adəm! Sən zövcən cənnətdə yerləşin (oturun) sonra da dilədiyiniz yerdən yeyin. Bu ağaca yaxınlaşmayın. O zaman (yaxınlaşsanız ikiniz də) zalımlardan olarsınız.
Ələsgər Musayev:
Ay Adam! Sakin ol sən zövcün cənnətə yeyin ondan heysiniz istəyəni olmayın bu ağaca yaxın olarsınız zalimlərdən!»
A.Mehdiyev və D.Cəfərli:
Ey Adəm, sən zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsl Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».
Kövsər Tağıyev:
“Ey Adəm! Sən zövcən cənnətdə qalın. İstədiyiniz yerdən yeyin. Lakin bu ağaca yaxınlaşmayın. Yoxsa zalımlardan olarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Adəm, sən isə zövcənlə cənnətdə sakin ol. istəyirsiniz yeyin, bir bu ağaca yaxın durmayın, yoxsa zalımlardan olarsınız!"
Sabirə Dünyamalıyeva:
"Ey Adəm/məlumat, vəhy almış insan! Sən zövcən cənnətdə sakin ol, istədiyiniz yerdən yeyin bu dolaşıq, mübahisə doğuran şeyə yaxınlaşmayın; mal-dövlətə, paraya-pula düşkün olmayın, yoxsa yanlış, özünə zərər verən görən kəslərdən olarsınız" dedi.