Əlixan Musayev:
(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır.
Bünyadov-Məmmədəliyev:
Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)
Elmir Quliyev
:
Когда же Он даровал им обоим праведного ребенка, они стали приобщать к Нему сотоварищей в том, чем Он одарил их. Аллах превыше того, что они приобщают в сотоварищи.
Ələddin Sultanov:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis qoydu. Bundan sonra uşaqları yaşamışdır. Həvvanın belə etməsi Şeytanın vəsvəsəsi və əmri ilə olmuşdu.” Təfsirdə eyni zamanda qeyd edilir ki, Haris şeytanın bir adı idi. Beləliklə onlar uşağa “şeytanın qulu” mənasında Abdülharis adını qoyaraq şeytanın adını Allahın adlarına şərik qoşdular. Ancaq bəzi təfsirçilərə görə, yuxarıdakı ayədə keçən Allaha şərik qoşma hadisəsi Adəm və Həvva tərəfindən deyil, onların nəslindən olan insanlar tərəfindən meydana gəlmişdir. Çünki onların nəslindən olan insanların bir qismi Allahı qoyub bütlərə sitayiş etməyə başladılar. Digər bir görüşə görə, Adəm və Həvva dünyaya gələn övladlarını həddindən çox sevdikləri üçün sevgidə övladlarını Allaha şərik qoşdular.)
Kerbelayi Malik ağa:
O ikisinə saleh bir (övlad) verdiyimiz zaman, verdiyi şeylərlə Ona şəriklər qoşdular. Halbuki Allahu Təala onların şirk qoşduqlarından ucadır (Alidir).
Ələsgər Musayev:
Amma elə ki, əta etdi onlara saleh, etdilər Onun üçün şəriklər nədə ki, onlara əta etmişdi. Alidir Allah nədən ki, Ona şərik qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.
Kövsər Tağıyev:
Lakin Allah onlara yaxşı və sağlam bir övlad verdikdə isə Allahın onlara verdiyi övlad barəsində Ona şəriklər qoşarlar. Allah onların şərik qoşduqları şeylərdən ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onlara sağlam bir (övlad) bəxş etdikdə isə Onun onlara bəxş etdiyində Özünə şəriklər tapdılar. Allah onların qoşduqları şəriklərdən yüksəkdədir!
Sabirə Dünyamalıyeva:
O ikisinə sağlam bir uşaq verdikdə, o ikisinə verdiyi şey barəsində Ona şəriklər qoşdular. Allah, onların şərik qoşduğu şeylərdən pakdır, ucadır.